Icma.az
close
up
RU
Ötən il əhali ASBdən 17 milyondan çox depoziti geri çəkib HESABAT

Ötən il əhali ASBdən 17 milyondan çox depoziti geri çəkib HESABAT

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

"Azərbaycan Sənaye Bankı" (ASB) 2024-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

“APA-Economics” banka istinadən xəbər verir ki, ötən il ASB-nin xalis mənfəəti 2023-cü illə müqayisədə 26% və ya 1 milyon 330 min manat artaraq 6 milyon 449.5 min manat təşkil edib. 2023-cü ildə bank 5 milyon 119 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 8.6% artaraq 36 milyon 44 min manat, faiz xərcləri isə 6.8% artaraq 28 milyon 256 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 15 milyon 766 min manat ( illik müqayisədə 28% çox ), qeyri-faiz xərcləri isə 25 milyon 832 min manata ( illik müqayisədə 16.6% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 7 milyon 721 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-cü ilə nisbətən 23.6% çoxdur.

Ötən il bankın aktivləri 4% və ya 30 milyon manat artaraq 779 milyon 249 min manat təşkil edib. Bu dövrdə bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 15.5% və ya 39.7 milyon manat artaraq 296 milyon 177 min manata çatıb.

Bu dövrdə "Azərbaycan Sənaye Bankı"nın cəmi öhdəlikləri 658 milyon 375 min manat təşkil edib ki, bu da illik müqayisədə 3.7% və ya 23.5 milyon manat çoxdur. Hesabat dövründə bankın depozit portfeli də 1.6% və ya 7.3 milyon manat artaraq 465 milyon 909 min manata yüksəlib. Fiziki şəxslərin depozitləri əvvəlki illə müqayisədə 5.5% və ya 17.1 milyon manat azalaraq 293 milyon 36 min manat, hüquqi şəxslərin depozitləri isə 16.4% və ya 24.4 milyon manat artaraq 172 milyon 873 min manat təşkil edib.

2025-ci il yanvar ayının 1-nə ASB-nin cəmi kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.7% və ya 6 milyon 554 min manat artaraq 120 milyon 874 min manat təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Yanvar 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri