Icma.az
close
up
RU
Əhali daha çox xərcləyir: Bəs səbəb nədir?

Əhali daha çox xərcləyir: Bəs səbəb nədir?

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin real ifadədə 3,9 faiz artaraq 44 milyard 256,1 milyon manata çatması daxili bazarda müəyyən canlanmadan xəbər verir. Dövlət Statistika Komitəsinin məlumatlarında da ticarət dövriyyəsi ilə yanaşı qiymət dəyişikliklərinin ayrıca nəzərə alındığı görünür. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Samir Heydərov bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar–avqust aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 faiz artaraq 44 milyard 256,1 milyon manata çatıb. 

Onun sözlərinə görə, ilk baxışdan bu göstərici kifayət qədər müsbət görünür:
“Çünki real ifadədə artım o deməkdir ki, inflyasiyanın təsiri nəzərə alındıqdan sonra da əhalinin istehlak etdiyi mal və xidmətlərin fiziki həcmi artıb. Bu isə iqtisadi fəallığın və daxili tələbin müəyyən qədər gücləndiyini göstərir.
Lakin burada mühüm iqtisadi sual meydana çıxır: pərakəndə ticarətin artması əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin də eyni səviyyədə artması deməkdirmi? Məncə, bunu birmənalı şəkildə belə qiymətləndirmək düzgün olmaz.
Əvvəla, pərakəndə ticarət dövriyyəsi əhalinin pərakəndə ticarət şəbəkəsində mal alışlarına xərclədiyi ümumi məbləği göstərir, lakin onun bu xərcləri hansı mənbədən maliyyələşdirdiyini tam şəkildə göstərmir. İnsanların daha çox alış-veriş etməsinin bir neçə səbəbi ola bilər. 
Birinci səbəb real gəlirlərin artmasıdır. Əgər əməkhaqları və digər gəlirlər inflyasiyadan daha sürətli artırsa, əhalinin real alıcılıq qabiliyyəti yüksəlir və insanlar daha çox məhsul almağa başlayırlar. Bu halda pərakəndə ticarətin artması real rifahın yüksəlməsi ilə daha sıx əlaqələndirilə bilər.
İkinci səbəb istehlak kreditlərinin genişlənməsi ola bilər. İnsanlar gəlirlərində ciddi artım olmadığı halda kredit hesabına daha çox məişət texnikası, elektronika, avtomobil və digər məhsullar ala bilərlər. Belə vəziyyətdə ticarət dövriyyəsi artır, lakin bu artımın müəyyən hissəsi gələcək gəlirlərin bu gün xərclənməsi hesabına baş verir.
Başqa sözlə, bugünkü istehlak artır, lakin gələcək dövrdə borc ödənişləri ev təsərrüfatlarının maliyyə yükünü yüksəldə bilər”.
Samir Heydərov əlavə edib ki, üçüncü faktor qiymət dəyişiklikləri və istehlak strukturudur:
“Əhali bəzi zəruri məhsullara əvvəlkindən daha çox pul xərcləyə bilər. Bu halda ümumi ticarət dövriyyəsi yüksəlsə də, insanların rifahının mütləq yaxşılaşdığını demək olmaz. Çünki ailələrin gəlirlərinin daha böyük hissəsi ərzaq, kommunal xidmətlər və digər zəruri xərclərə gedirsə, onların sərbəst gəliri və seçim imkanları hətta məhdudlaşa bilər.
Dördüncü nağdsız ödənişlər və ticarətin rəsmiləşməsidir.
Ticarət şəbəkələrində şəffaflığın artması, kart ödənişlərinin genişlənməsi əvvələr kölgə iqtisadiyyatında olan dövriyyənin rəsmi statistikaya daxil olmasına səbəb olur.
Rifahla xərclərin artmasının fərqi ondadır ki, daha çox pul xərcləmək hər zaman daha keyfiyyətli həyat tərzi demək deyil. Əgər xərclərin artımı əsasən zəruri məhsulların bahalaşması ilə bağlıdırsa bu rifahın deyil xərc yükünün artdığını göstərir.
Əsl rifah səviyyəsi əhalinin yığım etmək, təhsil və uzunmüddətli investisiya qoymaq imkanları ilə ölçülür.
Rəsmi rəqəmlər bazar aktivliyini göstərir, lakin rifahın real dəyərini anlamaq üçün inflyasiya səviyyəsini və gəlirlərin xərclər qarşısındakı həqiqi alıcılıq gücünü kompleks şəkildə təhlil etmək lazımdır.
Bu məsələyə klassik iqtisadi nəzəriyyə baxımından yanaşdıqda əsas diqqət real istehsala, gəlirlərə və məhsuldarlığa yönəlir. Klassik yanaşmaya görə, uzunmüddətli iqtisadi rifahın əsas mənbəyi istehlakın özü deyil, iqtisadiyyatın daha çox və daha səmərəli məhsul və xidmət istehsal etmək qabiliyyətidir.
Yəni real gəlirlərin davamlı artması üçün əmək məhsuldarlığının, investisiyaların, istehsalın və iqtisadi səmərəliliyin yüksəlməsi vacibdir.
Bu baxımdan pərakəndə ticarətin 3,9 faiz real artması müsbət göstəricidir, lakin biz bilməliyik ki, bu artımın arxasında hansı fundamental amillər dayanır. Əgər ticarət dövriyyəsinin artması real əməkhaqlarının, məşğulluğun və məhsuldarlığın artması ilə müşayiət olunursa, bu, daha sağlam və davamlı iqtisadi dinamika deməkdir.
Keynesçi iqtisadi nəzəriyyə isə məsələyə bir qədər fərqli aspektdən yanaşır. Keynesin yanaşmasında məcmu tələb, xüsusilə də ev təsərrüfatlarının istehlakı iqtisadi artımın mühüm komponentlərindən biridir”.
İqtisadçı qeyd edib ki, sadələşdirilmiş formada ümumi daxili məhsul istehlak, investisiya, dövlət xərcləri və xalis ixracın cəmindən ibarətdir:
“İstehlak artır, satışlar artır, istehsal artır, gəlirlər artır, yeni istehlak yaranır.
Bu baxımdan Azərbaycanda pərakəndə ticarətin real ifadədə 3,9 faiz artması daxili tələbin iqtisadi aktivliyə müəyyən müsbət impuls verdiyini göstərir. Lakin Keynesçi baxış belə bir istehlak artımının avtomatik olaraq əhalinin rifahının artması demək olduğunu iddia etmir. Burada istehlakın maliyyələşmə mənbəyi və iqtisadiyyatın ümumi vəziyyəti də vacibdir. Əgər istehlak real gəlirlərin artması hesabına yüksəlirsə, bu, daha sağlam prosesdir. Əgər əsas səbəb kreditləşmənin genişlənməsidirsə, iqtisadi aktivlik qısa müddətdə artsa da, uzun müddətdə borc yükünün yüksəlməsi müəyyən risklər yarada bilər.
Ona görə də mən pərakəndə ticarətin artımını “əhalinin daha varlı olması” ilə deyil, ilk növbədə “istehlak fəallığının artması” ilə əlaqələndirməyi daha doğru hesab edirəm.
Əhalinin real rifahını qiymətləndirmək üçün yalnız pərakəndə ticarət göstəricisinə baxmaq kifayət deyil. Burada ən azı bir neçə göstəricini birlikdə nəzərdən keçirmək lazımdır: real əməkhaqqı, real əhali gəlirləri, inflyasiya, məşğulluq səviyyəsi, əmək məhsuldarlığı, istehlak kreditlərinin həcmi və ev təsərrüfatlarının borc yükü.
Məsələn, əgər real gəlirlər 5 faiz artır, real pərakəndə ticarət 3,9 faiz artırsa, bu, gəlir artımının istehlaka tam şəkildə keçmədiyini göstərə bilər. Əksinə, real gəlirlər zəif artır, lakin istehlak 3,9 faiz yüksəlirsə, burada kreditləşmə və yığımların xərclənməsi kimi amillərin rolunu araşdırmaq lazımdır.
Burada daha bir mühüm məsələ də var: istehlakın strukturu. Əgər artım əsasən uzunmüddətli istifadə olunan qeyri-ərzaq mallarının, elektronikanın, məişət texnikasının və digər məhsulların satışından qaynaqlanırsa, bu, istehlakçı inamının və maliyyə imkanlarının yaxşılaşmasına dair əlavə siqnal ola bilər. Əgər artım əsasən zəruri ərzaq məhsullarının alınmasına daha çox vəsait xərclənməsi ilə bağlıdırsa, bunu eyni şəkildə şərh etmək olmaz.
Nəticə etibarilə, 3,9 faizlik real artım müsbət iqtisadi göstəricidir, amma onu əhalinin rifahının 3,9 faiz artması kimi təqdim etmək elmi baxımdan düzgün deyil. Bu göstərici bizə daha çox onu deyir ki, ölkədə istehlak və pərakəndə ticarət fəallığı artıb.
Klassik iqtisadi nəzəriyyə bizə xatırladır ki, uzunmüddətli rifahın əsasında real istehsal, məhsuldarlıq və real gəlirlər dayanır. Keynesçi nəzəriyyə isə göstərir ki, istehlakın artması məcmu tələbi gücləndirərək iqtisadi artıma və məşğulluğa müsbət təsir göstərə bilər.
Deməli, bu iki yanaşmanı birləşdirəndə belə nəticəyə gəlmək olar: istehlakın artması iqtisadiyyat üçün müsbət siqnaldır, lakin onun real rifaha çevrilməsi üçün bu istehlak artımının arxasında real gəlir, məhsuldarlıq, məşğulluq və davamlı iqtisadi artım dayanmalıdır.
Ən vacib sual “Əhali daha çox xərcləyirmi?” deyil, “Əhali niyə daha çox xərcləyir?” sualıdır. Əgər cavab real gəlirlərin və alıcılıq qabiliyyətinin artmasıdırsa, bu, rifahın yüksəlməsinə dair güclü göstəricidir. Əgər cavab əsasən kredit, borclanma və zəruri xərclərin bahalaşmasıdırsa, onda ticarət dövriyyəsinin artımını əhalinin həyat səviyyəsinin yaxşılaşması ilə eyniləşdirmək olmaz”, - deyə Samir Heydərov fikrini tamamlayıb. 
Nuray Paşşanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Sentyabr 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri