Icma.az
close
up
RU
Əhali sürətlə borclanır: NECƏ OLACAQ?

Əhali sürətlə borclanır: NECƏ OLACAQ?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda problemli kreditlərdə artım 20 faizi keçib.

2025-ci il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 544.8 milyon manat təşkil edib.Mərkəzi Bankın bu gün, noyabrın 27-də açıqladığı hesabatda bildirilir ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 21.3 faiz və ya 95.7 milyon manat çoxdur.

Ölkədə problemli kreditlərin məbləği son bir ildə isə 13.5 faiz və ya 65 milyon manat artıb.

Qeyd edək ki, son illər kreditdən istifadə geniş miqyas alıb. Xüsusilə də istehlak kerditləri davamlı olaraq artır. Ancaq həmin kreditlərin ödənməsi ilə bağlı problemlər də qalmaqdadır.

Buna səbəb kredit faizlərinin çoxluğu, yoxsa əhalinin gəlirlərinin azlığıdır?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “Cebheinfo.az”-a bildirib ki, belə bir məbləği ortaya çıxmasına çoxlu faktorlar təsir göstərir:

“Kredit faizlərinin yuxarı olması bu və ya digər şəkildə ödənişin geri qayıtması səviyyəsinə, ödəniş qabiliyyətinə mənfi təsir göstərir. Eyni zamanda, bankların kredit portfelinin, eləcə də müştəri bazasının böyüməsi də son illərdə problemli kreditlərin nominal ifadə də genişlənməsinə təsir göstərir.

Buna paralel olaraq digər tərəfdən əhalinin alıcıq gücü son illərdə, xüsusilə də inflyasiya tendensiyası müşahidə olunmaqdadır. Bu əhalinin müxtəlif sosial qruplarının alıcılıq gücünə mənfi təsir göstərir və dolayısıyla götürülmüş kreditlərin geri qaytarılması imkanlarını məhdudlaşdırır.

Digər bir tərəfdən, istehlak kreditləri bazarı genişlənir. Xüsusilə kredit təşkilatlarına, banklara davranış əsaslı kredit vermə hüququnun tanınması, eyni zamanda kredit  kartlarının sayının kütləvi şəkildə sayının artması bir tərəfdən isteklaçını təşviq edir, digər tərəfdən də əhalinin borc öhdəliklərini artırır. 

Bu da dolayısıyla problemli toksik aktivlərin genişlənməsinə gətirib çıxarır. Ancaq bütövlükdə götürdükdə hələlik biz kredit portfelini, eyni zamanda bunun  strukturunda toksik aktivlərin həcmini nəzərə almış olsaq, təxminən 1,7 faizdir, bu hələlik təhlükə həddi deyil.

Bank sektoru üçün təxminən 3 faiz sos siqnalıdır. Ancaq indiki şərtlər daxilində  bundan təxminən iki dəfə daha aşağı xüsusi çəkiyə malik olması o deməkdir ki, hələlik proses idarəolunandır. Uzunmüddətli dövrdə əlbəttə ki, prosesin davamlılığı izlənilməli, xroniki hal alıb-almamasına təsir göstərməlidir.

Bu, məsələ ilə bağlı hökumətin artıq digər qərarları, strategiyasının formalaşdırılmasıdır ki, əgər bu proses davamlı xarakter alarsa, bu zaman risklər də artır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: kredit Rəşad Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Noyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri