Icma.az
close
up
RU
Əhalini xəstəxanalıq edən virus: Poliklinikalarda peyvənd növbəsi yaşanır

Əhalini xəstəxanalıq edən virus: Poliklinikalarda peyvənd növbəsi yaşanır

Medicina saytına istinadən Icma.az xəbər verir.

Əhalini xəstəxanalıq edən virus: ağırlaşmalar çoxalır, poliklinikalarda peyvənd növbəsi yaşanır

Hazırda böyüklərin və uşaqların yoluxduğu və ağırlaşma ehtimalı çox olan metapnevmovirus geniş yayılıb. Bəzən bunu qriplə də eyniləşdirirlər. Metapnevmovirusda həm burun axma, həm boğaz, həm dərin öskürək ola bilər. Adətən xəstəlik 5-7 gün çəkib bitir. Amma ağciyər xəstəlikləri olanlarda, astma xəstələrində, immunitet defisiti olanlarda pnevmoniya ilə ağırlaşa bilər. Metapnevmovirus pandemiyadan sonra hər il dövr edir və mövsümi yoluxma olur. Bu infeksiyaya qarşı spesifik dərman yoxdur. Ona görə hərarətsalıcı, burun açıcı, öskürək əleyhinə dərmanlardan istifadə olunur. Tez-tez pnevmoniyaya çevrildiyi üçün antibiotiklər təyin edilir, amma bunu həkim təyin etməlidir.

“Peyvədləmə epidemik hal olmazdan öncə aparılmalıdır”. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O qeyd edib ki, qripə qarşı peyvənd təhlükəsiz preparatdır, həm azyaşlılar, həm də hamilələr peyvənd oluna bilər: “Qrip bütün infeksion xəstəliklərin 90 faizini təşkil edir. İnsan ömrünün, orta hesabla, bir ili xəstə halda keçir. Ağır formalı infeksiyalar - qrip bəzən insan həyatına son qoya bilər. Hər kəs vaxtında peyvənd olunmalıdır ki, bu cür problemlərlə qarşılaşmasınlar”.

Təyyar Eyvazov onu da bildirib ki, son vaxtlar qripə qarşı vaksinasiya ilə bağlı müraciət edənlərin sayı artıb: “Vaksinasiya zamanı insanlar xəstəliyi yüngül keçirir. Demək olar ki, fəsadlaşma olmur. Uşaqlar bu xəstəliyin risk qrupuna daxildir. Uşaqlarda qripə yoluxma olarsa, valideynlər onları izolyasiya etməli, ətrafı yoluxdurmamağa çalışmalıdırlar”.


T.Eyvazov həmçinin peyvənd vurdurmaqdan imtina edənlərlə bağlı sualı cavablandırıb: “Düzdür, qrip virusları mutasiya edir, ştamların növləri dəyişir. Yay aylarında Ümumdünya Səhiyyə Təşkilatı payız-qış mövsümündə regionlarda hansı ştamların olacağını müəyyənləşdirir və vaksinlər təyin edir. Viruslara qarşı bu peyvəndlər effektiv olur. Qeyd edim ki, hamilə qadınlara da bu peyvəndi vurdurmaq olar, bunlar təhlükəsizdir və yan təsirləri yoxdur”.

Açıqlamadan aydın olur ki, metapnevmovirusa yoluxmamaq üçün elə mövsümi qripə qarşı vaksin olunmaq kifayət edir. Amma bəzi poliklinikalarda peyvəndim olmaması problem yaradıb. “Yeni Müsavat”a müraciət edən valideynlər qeyd edirlər ki, 12 və 22 saylı poliklinikalara üz tutsalar da, orada peyvəndin olmadığı bildirilib.

Məsələ ilə bağlı səhiyyə qurumlarına müraciət etdik. TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən “Yeni Müsavat”a bildirilib ki, poliklinikalar aidiyyəti üzrə peyvəndlə təmin olunub: “Ola bilər, tələbat çox olduğundan bəzi poliklinikalarda peyvənd bitsin. Peyvənd bitərsə, poliklinikalar yenidən gigiyena epidemiologiya mərkəzlərindən əldə edə bilərlər”.

Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən də məsələyə münasibət bildirilib: “Ölkəmizdə kifayət qədər vaksin ehtiyatı mövcuddur. Müraciət edən tibb müəssisələri qrip peyvəndi ilə dərhal təmin edilir”.

Qeyd edək ki, Azərbaycanın Səhiyyə Nazirliyi Çində sürətlə yayılan virusla bağlı yanvarın 6-da əhaliyə müraciət ünvanlayıb. Nazirliyin açıqlamasına görə, bu xəstəlik Çinlə yanaşı, Azərbaycana qonşu olan Rusiya və Qazaxıstanda da aşkarlanıb. Bu virusa hələlik Azərbaycanda rast gəlinməsə də, nazirlik əhaliyə xəbərdarlıq edərək, risk qrupuna aid insanları peyvənd olunmağa çağırıb. Alimlər qorunmaq üçün qızıl qaydalara əməl olunmağı tövsiyə edirlər: əlləri ən azı 20 saniyə sabunla yumaq, yuyulmamış əllərlə gözə, buruna və ağıza toxunmamaq, xəstə insanlarla təmasdan çəkinmək, xəstə insanların stəkanlarından, eləcə də qab-qaşıqlarından istifadə etməmək, qapı tutacaqlarını, eləcə də uşaqların ümumi oyuncaqlarını davamlı olaraq təmizləmək və tibbi spirtlə dezinfeksiya etmək. COVİD-19 pandemiyasından fərqli olaraq HMPV ilə bağlı hər hansı sosial məhdudiyət və ya qadağalara ehtiyac olmadığı bildirilir.

Onu da nəzərə çatdıraq ki, son dövrlər qripin də ağır gedişatlı olması narahatlıq doğurur. Qrip, ya da tibbi adıyla influenza, hər il dünyada təxminən 2-5 milyon insana yoluxan, 250 mindən çox insanın isə ölümünə səbəb olan influenza virusunun törətdiyi bir infeksion xəstəlikdir. Növbəti pandemiya ilə bağlı müzakirələrdə qrip tez-tez potensial təhlükə mənbəyi olaraq qeyd olunur. Bunun səbəbi qrip viruslarının (xüsusən influenza A) dəyişkənliyi, heyvanlardan insana keçmək qabiliyyəti və geniş yayılma potensialıdır. Qrip virusu kiçik mutasiyalara məruz qalaraq insanlar arasında əvvəlki immuniteti qeyri-effektiv edir. Qeyd edilir ki, heyvanlarda yayılan (məsələn, quş qripi və donuz qripi) qrip virusu insanlara uyğunlaşaraq pandemiyaya səbəb ola bilər.

Tarixdə bilinən ən böyük qrip epidemiyalarından biri Birinci Dünya müharibəsi zamanında qeydə alınan və müharibənin özündən daha çox ölümə səbəb olan İspan qripidir. 2009-ildə Meksikadan başlayıb dünyaya yayılan ən son pandemiyaya isə H 1 N 1 pndm (Donuz qripi) virusu səbəb olub, qlobal miqyasda 700 milyondan çox insan yoluxub. Qrip virusu heyvanlardan insana keçdikdə, daha ölümcül və yoluxucu ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 10 Yanvar 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri