Icma.az
close
up
RU
Poliklinikalarda yaranan sıxlığın səbəbi bu imiş

Poliklinikalarda yaranan sıxlığın səbəbi bu imiş

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

TƏBİB poliklinikalarda yaranan sıxlığa aydınlıq gətirib.

Globalinfo.az-ın xəbərinə görə, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ali və orta ixtisas məktəbləri, kolleclər və liseylərdə yeni tədris ilinin başlanması ilə əlaqədar “Sağlamlıq haqqında arayış”lara (TQS 086) tələbat əhəmiyyətli dərəcədə artıb.

Qeyd edilib ki, təhsilə yeni başlayan uşaqların valideynləri tərəfindən də məktəbəqədər və orta təhsil müəssisələrinə təqdim etmək üçün tibbi sənədlərlə (TQS 026) bağlı müraciətlərdə də artım qeydə alınıb: “2024-cü ilin iyun-avqust aylarında arayışla bağlı müraciət edən uşaq sayı 73 093 nəfər olduğu halda, 2025-ci ilin iyun-avqust aylarında bu rəqəm 85 000 nəfərdən çox olub. Tələbatın əhəmiyyətli dərəcədə artması səbəbindən bəzi poliklinikalarda sıxlıq yaranıb”.

Həmçinin oxuyun:

“Səhər 9-da xəstəxanada olsaq da, növbəmiz 1780-ci idi…”

O da qeyd olunub ki, TƏBİB tərəfindən kadr təminatı gücləndirilib, tibbi avadanlıqların yenilənməsi və elektron sistemin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər görülüb: “Arayışların forması, ixtisaslı həkim müayinələri və instrumental-laborator müayinələr Səhiyyə Nazirliyinin qərarları ilə tənzimlənir”.

Diqqətə çatdırılıb ki, arayış əldə etmək üçün sağlamlıq vəziyyətinin müəyyən olunması profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil deyil. Belə ki, sosial layihə olaraq bəzi arayışlar icbari tibbi sığortanın təminatına alınıb. Bunlar 18 yaşa qədər uşaqların bütün növ arayışları – məktəbə, məktəbəqədər müəssisələrə, ali təhsil müəssisəsinə təqdim etmək üçün bütün sağlamlıq arayışlarıdır.

“Arayışlar artıq bütün tabeli tibb müəssisələrində elektron formada təqdim olunur. Vətəndaşlar elektron tibbi arayışı əldə etmək üçün ilk olaraq tibb müəssisəsinə ilkin müraciət etməli, laborator analizlər verməli, ixtisaslı həkim qəbullarından keçməlidir”, – bildirilib.

O da bildirilib ki, arayışlar 1 ay müddətində etibarlıdır. 18 yaşa qədər uşaqlardan “Sağlamlıq haqqında arayış”lara görə hər hansı formada ödəniş tələb olunması qanunsuzdur. Belə hallarla rastlaşan vətəndaşlardan dərhal TƏBİB-ə və aidiyyəti qurumlara məlumat vermələri xahiş olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Sentyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri