Icma.az
close
up
RU
Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Son vaxtlar bazarlarda insan qidası adı altında əslində heyvan yemi üçün nəzərdə tutulmuş texniki kartof satıldığına dair iddialar var. Bildirilir ki, bu kartofun haradan gəldiyi, necə saxlanıldığı və yetişdrilməsində hansı kimyəvi maddələrdən istifadə olunduğu barədə heç bir məlumat yoxdur. Ekspertlər deyir ki, bu kimi qida təhlükəsizliyi problemləri ciddi xəstəliklərin sürətlə yayılmasına, hətta gənc yaşlarda ortaya çıxmasına təsir göstərir.

Ölkə.Az-ın xəbərinə görə, Ekspert Vahid Məhərrəmli Qaynar.info-ya deyib ki, kartofun üç növü var:

“Birincisi, yemlik sort - mal-qara üçün yem. İkincisi, texniki sort, ondan sənayedə kraxmal istehsalında istifadə olunur. Bir də bizim bildiyimiz ərzaq üçün kartof. İnsanların nə yemlik, nə də texniki kartofu yeməsi məsləhət deyil. Nəyə görə? Texniki sortu torpaqdan çıxardandan sonra bir qədər açıq şəraitdə saxlayırlar. Harda ki, torpaqdan çıxarırlarsa oradaca sərirlər. Günəşin şüaları kartofun rəngini dəyişir. Kartoflarda solanin əmələ gəlir. Bu zaman günəş şüalarından kartofun rəngi yaşıl olur”.

Qeyd edək ki, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev bu bölgü ilə razılaşmır:

“Texniki kartof deyilən anlayış yoxdur. Çipsi istehsalı üçün olan kartof var, süfrəlik kartof var, salatlıq kartof var və sairə. Bir neçə sort var. Heyvandarlıq təsərrüfatı üçün xüsusi kartof istehsal olunmur, belə bir kartof mövcud deyil. Bir də faraş kartof var. Bu, saxlanılmır, qabığı soyulan kartofdur.

Azərbaycana xaricdən keyfiyyətsiz kartof gətirilə bilər. Əvvəllər də gətirilirdi. Xəstə kartof da olurdu. Sonra həmin bitki mənşəli xəstəliklər ölkədə yayıla bilirdi. Amma bunun qarşısını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) alır. AQTA məhsulu yoxlayır, bəzən geri qaytarır. O cəhətdən bu dəqiqə nəzarət var. Mən İrandan Azərbaycana texniki kartof gətirilməsi barədə deyilən iddialara inanmıram. Keyfiyyətsiz kartof gələ bilər, onun da qarşısını AQTA alır. Hər bir idxal olunan məhsuldan nümunələr götürülür, partiyalara baxış keçirilir, ondan sonra onun Azərbaycanda dövriyyəsinə və gömrük işlərinə icazə verilir” (APA).

Kartof növləri və onun mümkün zərərləri barədə qısa araşdırma apardıq. Ən böyük kartof istehsalçılarından olan Rusiyada keyfiyyətə nəzarət üzrə dövlət xidməti “Roskaçestva”nın arayışına görə, kartof sortları təyinatına görə süfrə kartofu, sənaye (zavod istehsalı), yem kartofu, universal kartof və yarımfabrikatlar üçün uyğun sortlar kimi təsnif edilir.

Çipsi, fri, kraxmal istehsalında sənaye emalı üçün nişasta və şəkər payı, həmçinin məhsuldarlığı yüksək olan kartof növlərindən istifadə olunur. Heyvandarlıq üçün xüsusi kartof yetişdirilmə texnologiyası yoxdur. Sadəcə, bu məqsədlə yetişdirmək üçün seçilən kartoflarda dada əhəmiyyət verilmir, əsas diqqət kök yumrularında qida maddələrinin - zülal və quru maddənin daha yüksək olmasına yetirilir.

Onu da bildirək ki, kartof, gecəgülü ailəsinə (və ya başqa sözlə, Solanaceae botanika cinsinə) aiddir. Kartofla bağlı ən təhlükəli məqam onun günəş şüaları altında qalaraq “yaşıllaşması”dır. Qurum belə kartofların əhaliyə satışına görə yüksək cərimələr tətbiq edib. Belə ki, kartof üç-dörd aydan çox saxlanıldıqda, kök yumruları, xüsusən də işığa məruz qalanlar solanin adlı güclü zəhər toplayaraq yaşıllaşır. Solanin (latınca “Solanum” – “gecəgülü” sözündən) bitki qlikozididir (alkaloid). Zəhərli üzvi birləşmədir. Steroidlərlə kimyəvi cəhətdən əlaqəli olan bu bitki gecəgülü ailəsinin bitkilərində olur. İnsanlar və heyvanlar tərəfindən çox miqdarda solaninin qəbul edilməsi zəhərlənməyə səbəb olur.

İşıq və fiziki zədələnməyə məruz qalma kartofun kök yumrularında qlikoalkaloid səviyyəsinin artmasına gətirib çıxarır. Qlikoalkaloidlər xüsusilə dərinin altında, yaşıl və cücərmiş kök yumrularında cəmləşir. Onlar mərkəzi sinir sistemini zəiflədir və baş ağrılarına, ishala, susuzluğa, qızdırmaya, qıcolmalara və ağır hallarda ölümə səbəb ola bilər. Mərkəzi sinir sisteminə təsiri nəticəsində düşüncə yavaşlayır, qavrayışın aydınlığı azalır, hərəkətlərdə qeyri-müəyyənlik yaranır, düzgün qərarlar qəbul etmək qabiliyyəti pozulur və insanın iradəsi zəifləyir.

Bundan əlavə, əsasən sənaye emalı üçün yetişdirilən kartofa xlorprofam (saxlama zamanı kartofun cücərməsinin qarşısını almaq üçün istifadə olunan bitki böyümə tənzimləyicisi) və tiametoksam (Kolorado kartof böcəyi də daxil olmaqla zərərvericilərə qarşı mübarizə vasitəsi) vurulur. Bu maddələrdən istifadə müəyyən olunmuş normadan yüksək olarsa, insan orqanizmi üçün təhlükə yaradır. Lakin xlorprofam yalnız emal, məsələn, kartof çipsi istehsalı üçün nəzərdə tutulmuş kartoflarda istifadə olunur. Yəni belə maddələr yalnız termik emaldan keçiriləcək məhsula vurulmalıdır. Yaxud bu maddə vurulan kartof pərakəndə satışa çıxarılmamalıdır.

Kartof yetişdirilərkən ona azot gübrələri vurulur – bu, kök yumrularında nitratların toplanmasına səbəb olur. Nitratların müəyyən miqdarda - 250 mq/kq həcmində olması insan üçün təhlükə yaratmır. Lakin ondan yüksək həddə istifadə xüsusilə yeni yetişmiş kartofların istehlakı zamanı insan orqanizminə mənfi təsir göstərir. Bu baxımdan kartof nə qədər çox qalarsa, onun tərkibindəki nitratların miqdarı o qədər azalar. Çünki zamanla nitratlar sağlamlıq üçün təhlükəsiz olan zülal və azot birləşmələrinə çevrilir. Mütəxəssislər təzə kartofdan istifadə zamanı bişirməzdən əvvəl onun qabığını soyaraq 30 dəqiqəyə qədər suda saxlamağı məsləhət görürlər. Bu, onun tərkibində nitratları kəskin azaldır.

Azərbaycanda kartof istehsalında sənaye üsulundan geniş istifadə olunur. Bu sahədə gübrələrdən istifadəyə nəzarət vacibdir. Son illərdə kartof istehsalının azalması fonunda idxalın artması ölkəyə gətirilən kartofların keyfiyyət məsələsini də ön plana çıxarır. Xüsusilə İrandan idxal olunan kartofların keyfiyyəti ilə bağlı çoxsaylı məlumatlar yayılır. Musavat.com-un bununla bağlı sorğusuna cavab olaraq, AQTA-dan verilən məlumata görə, agentliyin mütəxəssisləri tərəfindən idxal olunan kartof məhsuluna nəzarət zamanı aparılan risk qiymətləndirilməsinə uyğun olaraq çirkləndiricilərin (ağır metallar, nitratlar), pestisid qalıqlarının, GMO göstəricilərinin, habelə karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğu yoxlanılır.

Yeri gəlmişkən, 2025-c ildə AQTA İrandan idxal edilən 47 400 kq ərzaqlıq kartof məhsulunda kartof gövdə nematodu müəyyən olunduğu üçün məhsul məhv edilib. Qırğızıstandan idxal olunan daha bir partiya toxumluq kartofda da zərərverici aşkarlanıb və məhsul məhv edilib. Belə faktlar hər il Rusiya, Belarus və digər ölkələrin məhsullarında da aşkarlanır. Lakin indiyədək kartofun tərkibində pestisid və digər kimyəvi preparat qalıqlarının aşkarlanmasına dair faktlara rast gəlinmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:448
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Yanvar 2026 03:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri