Əhaliyə verilən suyun miqdarı azalır? Rəsmi hesabat
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2025-ci ildə su təmizləyən qurğuların sayı və təmizlədikləri suyun həcmi azalıb. Amma su ilə təmin olunan insanların sayı artıb.
"AzPolitika" Hesablama Palatasına istinadən xəbər verir ki, su təchizatı qurğularının sayı iki ədəd azalıb, təmizlənən suyun həcmi də aşağı düşüb. Buna baxmayaraq, həmin qurğuların su ilə təmin etdiyi əhalinin sayı 20.4 min nəfər artıb.
Başqa sözlə, hesabatda daha az suyun daha çox insana verildiyi göstərilib. Palata bunun bir nəfərə düşən su miqdarının azalması demək olduğunu qeyd edib.
Palata içməli suyun keyfiyyəti ilə bağlı məlumatların da natamam olduğunu müəyyən edib:
"Təmizlənmiş suda bağırsaq çöpləri və E-koli bakteriyalarının miqdarına dair planlaşdırılan və faktiki göstəricilər palataya təqdim olunmayıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 12 Noyabr 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















