Icma.az
close
up
RU
ƏHD Partiyasının sədri Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb

ƏHD Partiyasının sədri Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Əziz həmvətənlər,

4 il öncə Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü 30 ilə yaxın işğal altında olan torpaqlarımızın əhəmiyyətli hissəsinin azad olunmasıyla, 1 il əvvəl həyata keçirlən antiterror tədbirləri isə dövlət suverenliyimizin bərpası ilə nəticələndi və milli birliyimizi, bütövlüyümüzü simvolizə edən bu zaman kəsiyi müqəddəs savaşa qalxan Azərbaycan xalqının qürur və şərəf tarixinə çevrildi.

Azərbaycan Ordusunun düşməni darmadağın etməsi, hərb tarixinə qızıl hərflərlə yazılan misilsiz qəhrəmanlıq nümunələri numayiş etdirməsi ad verdiyi, sahib olduğu, dövlətlər qurduğu torpaqlarda imperiyaların qanlı siyasəti nəticəsində parçalanmış Azərbaycan xalqını mənəvi baxımdan yenidən bütövləşdirdi, qan yaddaşını, milli ruhunu ayağa qaldırdı, Türk Dünyasında milli özünəqayıdış və özünüdərk prosesinin sürətlənməsinə və real məzmun almasına rəvac verdi.

Ötən müddət ərzində Zəfərimizə, İstiqlalımıza, azad və müstəqil inkişafımıza qənim kəsilən bütün qüvvələrin basqısına baxmayaraq, milli birliyimizi, həmrəyliyimizi qorumaq məharətimiz, şər qüvvələrə qarşı vahid bir cəbhədə yer almaq bacarığımız, bu birlikdən güc alan dövlətimizin qətiyyətli mövqeyi bizi hər gün öz hədəflərimizə daha da yaxınlaşdırır.

Bizə Qələbənin sevincini, qürurunu bəxş edən əziz şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə dərin minnətdarlığımı bildirirəm.

Zəfər Günümüz mübarək olsun!

Tanrı Azərbaycanı qorusun!”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 Noyabr 2024 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see181

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see137

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see134

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri