Icma.az
close
up
RU
Əhliman Gənciyevin vəkili onun müdafiə etdiyi şəxsə qarşı zorakılıq tətbiq olunduğunu bildirib

Əhliman Gənciyevin vəkili onun müdafiə etdiyi şəxsə qarşı zorakılıq tətbiq olunduğunu bildirib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Moskva, 29 iyun, AZƏRTAC

Yekaterinburqda həbs olunan Əhliman Gənciyevin vəkili jurnalistlərə açıqlamasında bildirib ki, onun müdafiə etdiyi şəxs saxlanılarkən və həbsdə zorakılığa məruz qalıb. Onun sözlərinə görə, Gənciyevə elektrik şok cihazları və digər ağır əşyalarla işgəncələr verilib. Aldığı xəsarətlər nəticəsində bir müddət xəstəxanaya yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, istintaqın həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət qaldırmasına baxmayaraq, müdafiə tərəfi ədalətin bərqərar olunmasına çalışır. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs ona qarşı irəli sürülən ittihamlarla razı deyil və göstərilən təzyiqlərə baxmayaraq, özünü təqsirli saymayıb.

Vəkil qeyd edib ki, müdafiə tərəfi onun saxlanıldığını hələ cümə günü öyrənmişdi, lakin iki sutka ərzində Gənciyevin harada olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Polis şöbələri və istintaq təcridxanalarında onun bu müəssisələrdə olmadığı deyilib. Yalnız dünən axşam Gənciyevin istintaq təcridxanasında saxlanıldığı bəlli olub.

Vəkil, həmçinin müdafiə etdiyi şəxsin sağlamlıq vəziyyəti ilə bağlı ciddi narahatlığını ifadə edib. Onun sözlərinə görə, Əhliman Gənciyev çətinliklə hərəkət edir və məhkəmə iclası zamanı ağrılar səbəbilə otura bilməyib. “Onun həyatı və sağlamlığı üçün narahatam. İstintaq təcridxanasında onunla mümkün qədər çox vaxt keçirməyə çalışacağam ki, mənim yanımda ona qarşı heç bir zorakı hərəkət edilməsin”, – deyə vəkil bildirib.

Qeyd edək ki, məhkəmə Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 İyun 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri