Icma.az
close
up
RU
Referendum, atəşkəs və Rusiya amili: Tramp Zelenski görüşü nə vəd edir? ŞƏRH

Referendum, atəşkəs və Rusiya amili: Tramp Zelenski görüşü nə vəd edir? ŞƏRH

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Vaşinqtonda baş tutan Tramp–Zelenski görüşü Ukrayna müharibəsinin taleyi ilə bağlı yeni müzakirələri gündəmə gətirib.

Tərəflər arasında 20 bənddən ibarət sülh planı ətrafında aparılan danışıqlar beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilsə də, sənədin real icra perspektivləri hələ də qeyri-müəyyən qalır.

Xüsusilə Rusiyanın bu təşəbbüsə münasibəti və Ukrayna daxilində mümkün referendum ehtimalı sülh prosesinin yaxın vaxtlarda konkret nəticə verib-verməyəcəyi ilə bağlı sualları artırır.

Maraqlıdır, Tramp və Zelenskinin bu dəfəki görüşü hansı nəticələrlə yadda qalacaq? 20 bənddən ibarət sülh planının reallaşması nə dərəcədə mümkündür? Turkustan.az olaraq bu sualları politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov

Ötən gün ABŞ-də Donald Tramp və Volodimir Zelenski arasında baş tutan görüşdə 20 bənddən ibarət sülh sazişinin mətni prinsip etibarilə razılaşdırılıb. Lakin hələlik Ukrayna tərəfinin razılaşdığı və təklif etdiyi bu sənədin Rusiya tərəfindən qəbul olunub-olunmayacağı açıq sual olaraq qalır.

Belə ki, Rusiya tərəfinin tələbləri Ukraynanın israr etdiyi mövqelərdən ciddi şəkildə fərqlənir. Bu baxımdan, prosesin yaxın zamanda irəliləyəcəyini düşünmürəm. Doğrudur, Zelenski bəyan edib ki, 20 maddəlik sülh sazişinin mətni imzalanmazdan əvvəl mütləq xalqın rəyinə çıxarılmalıdır, yəni referendum keçirilməlidir. Bunun üçün isə ən azı 60 günlük atəşkəs rejiminin əldə olunması vacibdir. Referendumun nəticələrinin necə olacağını isə indidən demək olduqca çətindir.

Bu səbəbdən açıq desək, yaxın dövrdə — yəni bir neçə ay ərzində — ciddi irəliləyişlərin olacağını gözləmirəm. Çünki hazırkı mərhələdə Rusiyanın sülhdə maraqlı olduğu açıq şəkildə görünmür. Rusiya tərəfi, əslində, prosesin uzanması hesabına öz istəklərinə tam şəkildə nail olmağa və Ukraynanı zəif mövqedə danışıqlar masasına əyləşdirməyə çalışır.

Məqsəd maksimal tələblərlə sülhə nail olmaqdır. Bu baxımdan, hələlik tərəflərin sülhə hazır olduğunu söyləmək tezdir.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Dekabr 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri