Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Əhməd Cəfəroğlu haqqında monoqrafiya yayınlandı

Əhməd Cəfəroğlu haqqında monoqrafiya yayınlandı

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin baş elmi işçisi, mühacirət ədəbiyyatı ilə bağlı çoxsaylı tədqiqatların müəllifi professor Almaz Həsənqızının “Əhməd Cəfəroğlunun folklor araşdırmaları” adlı monoqrafiyası nəşr olunub. Folklor İnstitutu Elmi Şurasının qərarı ilə Azərnəşrdə nəfis şəkildə yayımlanan, I Türkoloji Qurultayın 100 illiyinə ithaf olunmuş kitabın elmi redaktoru professor Tofiq Məlikli, ön sözün müəllifi professor Osman Fikri Sertkaya, rəyçiləri isə professor Sebahattin Şimşir və professor Pərvanə Bayramdır.

XX yüzil Azərbaycan mühacirətinin görkəmli nümayəndəsi, dünya şöhrətli türkoloq, uzun illər İstanbul Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmış, “Azərbaycan yurd bilgisi”, “Türk amacı”, “Türk dili və ədəbiyyatı” dərgilərinin qurucusu və baş redaktoru olmuş Əhməd Cəfəroğlu haqqında yazılan monoqrafiyada onun folklorla bağlı araşdırmaları sistemli təhlil obyektinə çevrilmişdir. Kitabda alimin folklorşünaslıq axtarışları türkoloji araşdırmaları ilə əlaqəli şəkildə dəyərləndirilmiş, Türkiyədə və dünyanın müxtəlif ölkələrində yayınlanan, lakin indiyədək diqqətdən kənarda qalmış 150-dək əsəri ilk dəfə tədqiqata çəlb edilmişdir. 

Monoqrafiyaya yazdığı ön sözdə Əhməd Cəfəroğlunu Mahmud Kaşğarlı və Fridrix Vilhelm Radloffdan sonra dünyanın üçüncü böyük türkoloqu kimi dəyərləndirən professor Osman Fikri Sertkaya onun həyatının gizli məqamlarına toxunmuş, yazılarına və siyasi baxışlarına görə İ.V.Stalinin təkidi ilə Sovet Rusiyasına təhvil verilməsinin istəndiyini, lakin Mustafa Kamal Atatürkün müvəqqəti olaraq universitetdən uzaqlaşdırmaqla məsələni yoluna qoyduğunu qeyd etmişdir.

Monoqrafiyanın “Sayaçı sözlərinin arxaik düşüncə qatları”, Azərbaycan bayatılarının Avropada tanıdılması”, “İnanc və ovsunların funksional-semantik təhlili”, “Paremioloji vahidlərin fərqli yozumu”, “Türk mifoloji sistemi onomastik düşüncə axarında”, “Qopuzun dünya kültüründə yeri və aşıq sənəti”, “Əfsanə, lətifə və nağılların ideya-estetik özəllikləri”, “Türk epik ənənəsi və dastan poetikası”, “Folklor mətnlərinin toplanması və sistemləşdirilməsi sahəsindəki fəaliyyəti”, “Tanıtım yazıları” və başqa  bölmələrində Əhməd Cəfəroğlunun zəngin folklor araşdırmaları sistemli şəkildə təhlil edilmişdir.

Kitabda, eyni zamanda Əhməd Cəfəroğlunun dünya türkologiyasına töhfələri barədə ayrıca bəhs olunmuş, həmçinin xatirələr işığında həyat və yaradıcılığının bilinməyən məqamlarına toxunulmuşdur.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 İyul 2026 05:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see663

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see472

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see333

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see330

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see329

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see316

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see297

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see282

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see272

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see257

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see246

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see238

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see233

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see233

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see229

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see217

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see213

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see208

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see200

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri