Əhməd İsmayılov: Dezinformasiyaya qarşı mübarizədə media savadlılığının artırılması prioritet istiqamətlərdən biridir
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Mövcud qlobal informasiya təhdidləri və yeni reallıqlar fonunda ölkəmizin informasiya mühitinin qorunması, vətəndaşların düzgün, etibarlı və obyektiv məlumata çıxış imkanlarının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı" mövzusundakı konfransda deyib.
O bildirib ki, media subyektlərinin cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə dolğun və məsuliyyətli şəkildə təmin etməsi ilə əhalinin media savadlılığının artırılması prosesi bir-birini tamamlayan və qarşılıqlı şəkildə gücləndirən mexanizmlər kimi çıxış edir:
"Süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi mövcud mərhələdə sağlam informasiya mühitinin qorunması, etik normalara riayət olunması və doğru məlumatların təşviqi strateji əhəmiyyət daşıyır. Bu kontekstdə media savadlılığının gücləndirilməsi yalnız peşəkar jurnalistlərin deyil, eyni zamanda məlumat istehlakçısı olan geniş auditoriyanın da üzərinə düşən məsuliyyət kimi dəyərləndirilməlidir. Tənqidi düşünmə bacarığı, məlumatın mənbəyini və məqsədini dəyərləndirmək vərdişləri müasir cəmiyyətin dayanıqlılığını şərtləndirən əsas amillərdəndir. Qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alan dezinformasiyaya qarşı mübarizədə media savadlılığının artırılması, media məzmununun dəyərləndirilməsi ilə bağlı davamlı və sistemli maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi ölkəmizdə prioritet istiqamətlərdən biri olaraq müəyyən edilib".
İcraçı direktor vurğulayıb ki, media savadlılığının artırılması çoxşaxəli və kompleks bir prosesdir:
"Bu baxımdan ailə institutu, təhsil sistemi, dövlət qurumları, qeyri-hökumət təşkilatları və media subyektləri arasında koordinasiyalı və məqsədyönlü əməkdaşlıq səmərəli nəticələrin əldə olunması üçün zəruri şərtdir. Media Savadlılığı Həftəsi çərçivəsində keçirilən tədbirlər də məhz bu əməkdaşlığın gücləndirilməsinə, təşəbbüskarlığın artırılmasına və media mühitində məsuliyyətli yanaşmanın təşviqinə xidmət edir.
Uğurlu beynəlxalq təcrübəyə əsaslanan daxili strategiya çərçivəsində Medianın İnkişafı Agentliyi tərəfindən cəmiyyətdə media savadlılığı bacarıqlarının artırılması məqsədilə mərhələli və ardıcıl tədbirlər həyata keçirilir. Bu istiqamətdə icra olunan proqramlar nəticəsində indiyədək 25-dən çox regionda 2000-dən artıq gənc prosesə cəlb edilib, ümumtəhsil müəssisələrində media savadlılığı mövzusunun əhatə dairəsinin genişləndirilməsi məqsədilə 20-dən artıq orta məktəbdə 3000-dən çox şagird üçün məlumatlandırıcı sessiyalar təşkil olunub, media subyektləri ilə əməkdaşlıq çərçivəsində maarifləndirici və təşviqedici materiallar hazırlanaraq ictimaiyyətə təqdim edilib".
Məlik Məlikov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 22 Dekabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















