Icma.az
close
up
RU
“Sirr küpü”: Hakan Fidanla bağlı qalmaqal böyüyür

“Sirr küpü”: Hakan Fidanla bağlı qalmaqal böyüyür

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AKP Diyarbəkir millət vəkili Mehmet Qalip Ensarioğlu Türkiyənin xarici işlər naziri Hakan Fidanın Suriya ilə bağlı açıqlamalarını sərt şəkildə tənqid edib. O, Fidanın sözlərinin prezidentin xarici siyasət xəttinə uyğun olmadığını deyib: “Prezidentin iradəsinə zidd hərəkət edən ya istefa verəcək, ya da vəzifəsindən uzaqlaşdırılacaq”.

Reyting.az xəbər verir ki, millət vəkilinin bu sözləri həm siyasi dairələri, həm də ictimai rəyi həyəcanlandırıb. Çünki XİN rəhbərinin tezliklə istefaya göndəriləcəyinə dair dedi-qodular onsuz da Türkiyənin gündəmindən düşmür.

Millət vəkili bildirib ki, Fidanın “SDQ (Suriya Demokratik Qüvvələri – red.) səbrimizi çox dartmamalıdır”,- ifadəsi dövlətin rəsmi mövqeyinə uyğun gəlmir:

“Türkiyənin prezidentlik sistemində xarici siyasəti formalaşdıran iradə prezidentə məxsusdur. Əgər bu ifadələr şəxsi fikirlərdirsə, deməli, vəzifə məsuliyyəti ilə bir araya sığmır, o ya istefa verməli, ya da işdən çıxarılmalıdır”.

Ensarioğlunun sözlərində diqqət çəkən digər məqam Fidanın açıqlamalarında istifadə etdiyi ton olub. O, bəyanatda istifadə olunan dilin diplomatik nəzakətdən uzaq olduğunu bildirib: “Bu ifadələr dövrün ruhunu tam əks etdirmir”.

Millət vəkili Türkiyənin bu cür kövrək proseslərdə daha ölçülü və strateji dildən istifadə etməli olduğunu vurğulayaraq, diqqəti xarici siyasətdə qurumlar arasında harmoniya və koordinasiyanın vacibliyinə yönəldib.

Yeri gəlmişkən, xarici işlər naziri Hakan Fidan məlum bəyanatları “TRT World”da vermişdi.

Onun şəxsiyyətinə maraq bir müddətdir ki, xeyli artıb. 2028-ci ildə səlahiyyət müddəti başa çatan Ərdoğandan sonrakı dövr üçün AKP daxilində gizli rəqabətin getdiyi çoxları üçün sirr deyil.

Bəs, post-Ərdoğan, yaxud varislik yarışında kimlər iştirak edir?

Ərdoğanın oğlu və TÜGVA Yüksək Məsləhət Şurasının üzvü Bilal Ərdoğan və Ərdoğanın kürəkəni, son illərdə müdafiə sənayesinin tanınmış simalarından olan Səlcuq Bayraktar və XİN rəhbəri Fidan.

Hakan Fidanın adı ara-sıra digər mövzularda da hallanır və onların hamısı eyni nüvədə cəmləşir.

O cümlədən nazirin diplomu ilə bağlı son xəbərlər.

Xatırlayırsınızsa, CHP-nin sədr müavini Namık Tanın sosial şəbəkədə Hakan Fidanla bağlı paylaşdığı bir məlumat Ankara siyasi dairələrini ayağa qaldırmışdı. YÖK-dən verilən məlumata görə, Tan, Fidanın Bilkənd Universitetində YÖK münasibliyi olmadan magistr proqramına başladığına diqqət çəkib. Ancaq əsl məsələ Fidanın təhsili deyil, YÖK-ün Tanın verdiyi deputat sorğusuna cavab verməsi idi.

2025-ci ilin sentyabrında Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüşdən sonra Fidanın Nyu-Yorkda keçirdiyi mətbuat konfransında yerli istehsal olan KAAN döyüş təyyarəsinin mühərriklərinin ABŞ Konqresində saxlandığını açıqlaması böyük səs-küyə səbəb olmuşdu. Bəzi şərhçilər bu açıqlamanı Bayraktarın layihələrinə “zərbə” kimi qiymətləndirib və bunu daxili qarşıdurmalarla əlaqələndiriblər.

Son günlərdə teleaparıcı Mehmet Akif Ersoy və digər tanınmış simalara qarşı kampaniyanın da Fidanla bağlılığı şübhəsi mövcuddur. Evlərində axtarış aparılan və polisdə dindirilən simaların bir çoxunun bu və ya digər şəkildə XİN rəhbəri ilə bağlılığı var və ya ola bilər.

İqtidaryönlü “Hürriyyət” qəzetinin köşə yazarı Abdulkadir Selvi belə son zamanlar pərdə arxasında çox müzakirə olunan “Ərdoğandan sonrakı dövr”dən yazıb. Selvi, əvvəllər etdiyi kimi, 3 şəxsin adını çəkib. Lakin bir əlavə də var – Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın.

Selvi, mərhum prezidentlər Turqut Özal və Süleyman Dəmirəldən sonrakı partiyadaxili güc mübarizələrinə diqqət çəkərək, hər iki liderin ardınca gələn komandaların bölündüyünü qeyd edib:

"Oyun eynidir. Aktyorlar eynidir. Bu dəfə AKP-nin dəyərlərini bir-birinə qarşı qoymaq istəyirlər. AKP bu tələyə düşməməlidir. Bu oyuna aldanmamalıdır. Çünki nəticə bəllidir”.

Bir sözlə, Ərdoğanın “mənim sirr küpüm” adlandırdığı xarici işlər naziri Hakan Fidanın başı üzərində kabus dolaşır. Aqibət zamanın ixtiyarındadır.

Y. QACAR


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://reyting.az
archiveBu xəbər 22 Dekabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see175

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see152

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see152

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see129

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri