Icma.az
close
up
RU
Əhməd İsmayılov: Türk ölkələrinin geopolitik fəallığı artdıqca dezinformasiya dalğasının da miqyası genişlənir

Əhməd İsmayılov: Türk ölkələrinin geopolitik fəallığı artdıqca dezinformasiya dalğasının da miqyası genişlənir

Icma.az bildirir, Azertag portalına istinadən.

Ankara, 18 dekabr, AZƏRTAC

Dezinformasiyaya qarşı dayanıqlı mübarizə modelləri ölkələrin media ekosistemi üçün strateji əhəmiyyət kəsb edir. Yalan məlumatlar, təxribat məqsədilə yayılan xəbərlər tarixin bütün dövrlərində insanların kütləvi şüuruna təsir göstərən ciddi amil kimi dəyərləndirilsə də, bu, son zamanlar ölkələrin sosial-mədəni səviyyəsindən asılı olmayaraq, hər kəsin düşüncəsinə daha geniş miqyasda təsir göstərməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov dekabrın 18-də Ankara şəhərində keçirilən “Türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumu”nda çıxışı zamanı səsləndirib.

Ə.İsmayılov qeyd edib ki, bir zamanlar dezinformasiya dalğası yalnız siyasi məzmun daşıyır və ənənəvi medianın kontent manipulyasiyası vasitəsilə yayılırdısa, indi mənzərə tamamilə dəyişib: “İndi media manipulyasiyaları ilə yanaşı, texnoloji inkişafın gətirdiyi yeniliklər də yalan məlumatların sürətlə yayılmasına imkan yaradır. Bu baxımdan, istənilən ölkə məzmunundan asılı olmayaraq dezinformasiya dalğasının hədəfinə çevrilə bilər”.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun sözlərinə görə, türk dövlətləri də belə sistemli informasiya təhdidlərinə məruz qalır. Qeyd edib ki, mürəkkəb coğrafiyalarda yerləşmiş türk ölkələrinin geopolitik fəallığı artdıqca dezinformasiya dalğasının da miqyası genişlənir. “Bu tendensiya bizim ümumi problemimizdir və onun həlli, cəmiyyətlərimizin müqavimətinin gücləndirilməsi hamımızın birgə səyindən, həmrəyliyindən birbaşa asılıdır”, - deyə Ə.İsmayılov vurğulayıb.

Medianın İnkişafı Agentliyinin rəhbəri bildirib ki, Azərbaycanda dezinformasiya problemi ölkəmizin beynəlxalq nüfuzu artmaqda davam etdikcə özünü daha qabarıq şəkildə büruzə verir: “Xüsusilə, ölkəmizdə keçirilən böyük beynəlxalq tədbirlər zamanı müxtəlif qarayaxma kampaniyalarının şahidi oluruq. Bu kampaniyalar çaşqınlıq və qeyri-sabitlik səpmək üçün nəzərdə tutulur, çox vaxt bizim reputasiyamıza xələl gətirmək məqsədi daşıyan yalan hekayələr formasında özünü göstərir”.

Bu kimi zərərli tendensiyaları aradan qaldırmaqda peşəkar medianın üzərinə ikiqat məsuliyyət düşdüyünü bildirən Ə.İsmayılov, hər bir ölkənin doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin möhkəmləndirilməsinin əsas məqsəd olduğunu deyib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see277

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see245

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see214

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see210

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see208

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see203

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see188

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see187

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see167

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see167

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see163

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see162

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see158

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see156

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see156

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see155

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see153

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see146

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri