Icma.az
close
up
RU
Əhməd Şaraanın xalqa ilk müraciəti

Əhməd Şaraanın xalqa ilk müraciəti

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əhməd Şaraa keçid dövrünün prezidenti seçildikdən sonra dünən xalqa ilk müraciətini edib

“Bəyan edirəm ki, keçid dövründə qanunvericilik səlahiyyətlərini öz üzərinə götürəcək müvəqqəti məclis yaratmaq üçün hazırlıq komitəsi yaradacağam”.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Əhməd Şaraa keçid dövrünün prezidenti seçildikdən sonra dünən xalqa ilk müraciətində deyib.

Şaraa müraciətinə Suriya xalqını salamlayaraq, "54 gündür ki, Suriya on illərdir üzərimizdə olan zalım bir rejimin qandallarından azad edilib. Dünyanın ən zalım idarə formalarından biri başa çatdı. Suriya əvvəl Allahın lütfü ilə, daha sonra daxildə və xaricdə mübarizə aparan hər kəsin sayəsində azad hala gəldi.

Suriyalılarla birlikdə ölkə tarixində yeni bir səhifə açdıq. Dünən siyasi prosesin irəliləməsini təmin etmək üçün hüquq mütəxəssisləri ilə geniş məsləhətləşmələrdən sonra ölkənin məsuliyyətini üzərimə götürdüm. Bu gün mən Sizə bir hökmdar kimi yox, yaralı vətənimizə xidmət edən biri kimi bütün gücümlə, iradəmlə “məmləkətin birliyini, inkişafını təmin etmək üçün çalışacağam.

Suriyanın müxtəlifliyini əks etdirən hərtərəfli keçid hökuməti formalaşdırmaq üçün səy göstərəcəyik. Bu, bir keçid dövrüdür; bu, ölkə daxilində və xaricində bütün suriyalıların öz gələcəklərini sərbəst, ləyaqətlə quracaqları siyasi prosesin bir hissəsidir. Qadınlar, kişilər və gənclərlə birlikdə, "Suriyanın müxtəlifliyini əks etdirən hərtərəfli keçid hökuməti yaratmaq üçün çalışacağıq. Bu hökumət azad və ədalətli seçki mərhələsinə çatanadək yeni Suriyanın qurumlarını qurmaq vəzifəsini öz üzərinə götürəcək" deyib.

Suriyanın keçid dövrü prezidenti Şaraa dünən parlamentin buraxılması qərarından sonra atılacaq addımlarla bağlı açıqlama verib.

"Bəyan edirəm ki, keçid dövründə qanunvericilik səlahiyyətlərini öz üzərinə götürəcək müvəqqəti assambleyanın yaradılması üçün hazırlıq komitəsi yaradacağam. Milli Dialoq Konfransına hazırlıq komitəsi yaxın günlərdə elan olunacaq. Bu konfrans birbaşa danışıqlar üçün platforma olacaq. Bu addımlar tamamlandıqdan sonra keçid dövrünün hüquqi əsaslarını təşkil edəcək konstitusiyal bəyannaməni elan edəcəyik", -deyə Şaraa qeyd edib.

Suriyanın prioritetlərini sadalayan Şaraa prioritetlərin sosial sülhün təmin edilməsi, Suriya xalqına qarşı cinayət törədənlərin ədalət qarşısında cavablandırılması, ərazi bütövlüyünün qorunması, şəffaf və ədalətli dövlət qurumlarının qurulması, güclü iqtisadiyyatın yaradılması və həyat şəraitinin yaxşılaşdırılması olacağını vurğulayıb.

Əhməd Şaraa həmçinin bildirib ki, istər daxildə, istərsə də xaricdə Suriya xalqına qarşı cinayət törədənlər mühakimə olunacaq.

Suriyanın güclü bir regional və beynəlxalq aktyor olması üçün çalışacaqlarını deyən Şaraa güclü bir iqtisadiyyat qurmağı hədəflədiklərini söyləyib.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Dünya

Trampın "hədəsi"ndən sonra Kreml “BRİKS valyutası”ndan imtina edib...

Dünya

Litvada daimi olaraq 5 min alman əsgəri yerləşəcək

Dünya

"Lukaşenko ilə danışacaq heç nəyim yoxdur..."

Dünya

Türkiyə Qəzzaya 24 ton humanitar yardım göndərdi

Dünya

iPhone satışları azalmağa davam edir

Dünya

Tramp BRİCS ölkələrini yenə hədələdi

Dünya

İsveç Ukraynaya rekord yardım paketi ayırıb

Dünya

Rusiyada 6 reys hava şəraitinə görə təxirə salındı

Dünya

HƏMAS liderinin öldüyünü təsdiqlədi

Dünya

Çaya düşən təyyarənin "qara qutu"ları tapıldı

Dünya

Uşaqların dinlənilməsi haqqında qanunun qəbul edilməsi sürətlənir

Dünya

İranda dəhşətli qətl

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 Yanvar 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri