Icma.az
close
up
RU
“Əhmədin vurulduğunu gördüm, mən qaçsam da, hərbçilər saxladı”

“Əhmədin vurulduğunu gördüm, mən qaçsam da, hərbçilər saxladı”

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Qaçaq yolla Azərbaycana külli miqdarda narkotik keçirmək istəyən İran vətəndaşının məhkəməsi yekunlaşıb.

“Qafqazinfo”nun məlumatına görə, təqsirləndirilən Shokat Ali Hosseinin 72 yaşı var.

O, hadisə vaxtı birlikdə olduğu həmyerliləri Əhməd və Həmid Salmani ilə cinayət əlaqəsinə girib. Onlar birlikdə İranın Parsabad şəhərinə gəliblər. Əvvəlcədən razılaşdıqları kimi oradan 30 kiloqram marixuana və ov silahı götürərək ötən il aprelin 8-də gecə saatlarında Azərbaycan sərhədini Biləsuvar rayonu Cəbrayıl qəsəbəsi istiqamətində qanunsuz keçiblər. Onlar həmin vaxt sərhədçilərin “dayan” çağırışı verməsinə, bir neçə dəfə havaya xəbərdarlıq atəşi açmalarına da məhəl qoymayıblar. Ə.Bəşiri odlu silahdan sərhəd naryadının üzvlərinə üç dəfə atəş açıb, onları öldürməyə cəhd edib.

Sərhəd naryad üzvlərinin xidməti odlu silahlardan açdıqları atəş nəticəsində Əhməd Bəşiri zərərsizləşdirilib. Ali Hossein saxlanılıb, qrupun digər üzvü Həmid Salmani isə hadisə yerindən qaçıb.

Təqsirləndirilən Shokat Ali Hossein məhkəmədə ziddiyyətli ifadə verərək özünü yalnız dövlət sərhədini qanunsuz keçdiyinə görə günahkar bilib. Deyib ki, həmin vaxt sərxoş olub, hara getdiyini bilməyib.

Amma Shokat Ali Hossein həbs ediləndən sonrakı günlərdə verdiyi ifadədə hər şeyi danışıb. İranlı müstəntiqə etiraf edib ki, həmkəndlisi Həmid Səlmani Əhməd Bəşiri ilə birgə onun yaşadığı evə gəlib, içərisində 30 kilo narkotik olan üç ədəd bağlamanı sərhəddən keçirmək üçün ondan kömək istəyiblər. Söz veriblər ki, bu işi həll edə biləcəyi halda ona 200 dollar verəcəklər: “Pula ehtiyacım olduğu üçün razılaşdım. Ertəsi gün onlarla görüşmək üçün Parsabad şəhərində yerləşən Təzəkənd kəndinə yollandım. Çöllük ərazidə Həmidin və Əhmədin üç ədəd qara rəngli bağlama ilə məni gözlədiklərini gördüm. Əhmədin əlində Vinçester tipli silah və bir gecəgörmə cihazı vardı. Bağlamaları götürüb sərhədə doğru getdik. Sərhədi sərhəd buraxılış məntəqəsindən kənar ərazidə keçdik. Bizə lazım olan yerə çatmağa 1 km qalmış Azərbaycan dilində bizə komanda verərək dayanmağımız bildirildi. Milliyyətcə azərbaycanlı olduğum üçün komandanı başa düşdüm. Lakin Əhməd və Həmid fərqli istiqamətlərdə qaçmağa başladılar. Əhmədin odlu silahla hərbi qulluqçulara atəş açdığını, atışma baş verdiyini, atışma nəticəsində Əhmədin vurulduğunu gördüm. Həmid isə qaçaraq İran sərhədinə keçməyə nail oldu. Mən də qaçmağa çalışsam da, hərbi qulluqçular tərəfindən saxlanıldım”.

Məhkəmədə zərərçəkmiş qismində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu da ifadə verib. Sərhədçinin sözlərinə görə, həmin şəxslər aydın müşahidə edilməsələr də, termal kamera vasitəsilə görünüblər: “Hadisə yerinə 15 metr qalmış havaya xəbərdarlıq atəşi açdım. Həmin şəxslərə dayan əmri verərkən onlar əkin sahəsində olan su arxının içində idilər. Onlardan biri bizə tərəf üç dəfə atəş açdı. Biz də atəş aça-aça həmin şəxslərin üzərinə getdik. İki nəfərdən biri öldürüldü, digəri isə qaçmağa cəhd etsə də, onu tuta bildik. Onların yanında böyük qara bağlamalar var idi”.

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu olan digər zərərçəkmiş də eyni məzmunlu ifadə verib. Onların hər ikisi təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını deyiblər.

Lənkəran Rayon Məhkəməsi yekunda təqsirləndirilən şəxsə verilmiş ittihamların kifayət qədər dəlil və sübutlar, həmçinin zərərçəkmiş və şahidlərin ifadələri ilə təsdiqini tapdığını bəyan edib.

Hökmə əsasən, Shokat Ali Hossein Əhməd qəsdən adam öldürməyə cəhddə, qaçaqmalçılıqda, külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində, dövlət sərhədini qanunsuz keçməkdə təqsirləndirilərək 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sail Ağasəlim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:352
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Yanvar 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri