Icma.az
close
up
RU
“Əhmədin anasının şəkillərini atıb ölümlə hədələyirdi…”

“Əhmədin anasının şəkillərini atıb ölümlə hədələyirdi…”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bakıda arvadının boşanmaq istəyini qəbul etməyən kişi onu küçənin ortasında yandırmaq istəyib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayət səbəbindən həbs edilən 44 yaşlı T.Abışovla həyat yoldaşı Aydan (şərti) həm də bibioğlu - dayıqızıdırlar. Onların birgə nikahdan bir azyaşlı qızı var.

Qadın evlilikləri dövründə əri tərəfindən mütəmadi olaraq fiziki və psixoloji zorakılığa məruz qalıb. Ərinin hər gün içkili halda evə gəlib onu döyməsi qadını boşanmağa vadar edib. Günlərin birində Aydan qızını da götürərək evi tərk edib.

T.Abışov isə arvadının gedişini qəbul etməyib. Əvvəlcə onunla söhbət edib, boşanmaq fikrindən daşınmasını xahiş edib. Aydanın israrla ayrılacağını deməsi isə onu özündən çıxarıb. Mübahisə zəminində o, arvadının baş və sifət nahiyələrinə yumruqla zərbələr endirib.

Bir neçə gün sonra isə daha ağır cinayət hadisəsi baş verib. Bu dəfə T.Abışov şəhərin ortasında arvadına od vurub yandırmaq istəyib. O bu niyyətlə içində benzin olan qabla Aydana məxsus “Nissan” markalı avtomobilə yaxınlaşıb. Həmin vaxt həyat yoldaşının rəfiqələri də maşında olublar. Ər maşına yaxınlaşaraq digərlərinin gözü qarşısında əlindəki tezalışan mayeni Aydanın üstünə və avtomobilin salonuna töküb. Bu zaman “ya mənim olacaqsan, ya da qara torpağın” deyərək bağıran kişi alışqanı yandırmaq istəyib, lakin arxa oturacaqda əyləşən sərnişin cəld tərpənərək aləti onun əlindən alıb, nəticədə baş verə biləcək dəhşətli hadisənin qarşısı alınıb.

Hadisədən sonra T.Abışov polis əməkdaşları tərəfindən saxlanılıb və öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, qəsdən sağlamlığa az zərər vurma və əmlakı qəsdən məhv etməyə cəhd maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Bundan sonra cütlük boşanıb. Aydan keçmiş ərinə qarşı heç bir tələb irəli sürməsə də, onu bağışlamayıb. O, məhkəmədə keçmiş əri ilə birgə yaşadığı və ayrıldıqdan sonrakı çətin günlərdən, daim təhdid edilməsindən danışıb: “Evə hər gün içkili gəlirdi. Məni döyürdü. Sərxoş olduğu üçün qohumları da onu istəmirdi. Günlərimiz dava-dalaşla keçirdi. Hər gün məni təhdid edirdi. Əhmədin(Red: İkisi azyaşlı olmaqla beş ailə üzvünü amansızlıqla öldürən Əhməd Əhmədov)anasının şəkillərini atırdı. Deyirdi ki, səni bax belə doğrayacağam. Hər dəfə üstümə benzin töküb yandıracağı ilə hədələyirdi. Axırda dediyini elədi… Həmin gün benzini düz belimə tökmüşdü. O an qorxudan ayaqlarım tutuldu, həyəcandan tərpənə bilmədim. Yaxşı ki alışqanı əlindən ala bildilər, yoxsa daha ağır faciə baş verəcəkdi. T.Abışovun qəribə xasiyyəti var. Vurub öldürür, 5 dəqiqə sonra ağlayırdı... Onu başa düşə bilmirdim”.

Keçmiş arvadını müttəhim kürsüsündən seyr edən kişi isə onun dediklərinin çoxunu qəbul etməyib: “Mən sadəcə onunla barışmaq istəyirdim. Düzdür, aramızda mübahisələr olurdu. Bu səbəbdən də Aydan çıxıb getmişdi. Amma mən pulsuzluğa düşməməsi üçün maşınımı satıb ona pul göndərdim. Bizim bir qızımız var. Dərdim qızımdır, mən onsuz qala bilmirəm. Ona dedim ki, lap sən çıx get, amma qızım evdə qalsın. Aydanı yumruqla dəfələrlə vurmağıma və benzin töküb yandırmaq istəməyimə gəlincə, bunlar sənəddə yazılan kimi deyil. Mən ona sadəcə şillə vurmuşam. Benzinlə yandırmaq söhbəti də düz deyil. Əlimdəki qabın içindəki də su idi”.

İş üzrə dindirilən şahidlər hadisə anını təsdiqləyib, təqsirləndirilən şəxsin əlində benzin və alışqan olduğunu deyiblər. Bundan əlavə, məhkəməyə təqdim olunan səs yazılarında T.Abışovun keçmiş həyat yoldaşını açıq-aşkar öldürməklə hədələdiyi aydın olur: “Yananda demə ha, yandırmadı. Sənin üçün 2 litr benzini özümlə gəzdirirəm. Səni su ilə söndürə bilsələr, mənə nə deyirsən de”.

Tərəflərin ifadələri və təqdim olunan sübutlar ittihamın əsaslı hesab edilməsi üçün yetərli olub.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə T.Abışov 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 İyun 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri