Icma.az
close
up
RU
Ehtiyat hissəsini istehsalçının özündən almayanda bu cür fəsadlar yaranır SÜRÜCÜLƏRƏ MƏSLƏHƏT VİDEO

Ehtiyat hissəsini istehsalçının özündən almayanda bu cür fəsadlar yaranır SÜRÜCÜLƏRƏ MƏSLƏHƏT VİDEO

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Statistika Komitəsinin ötən il üçün təqdim etdiyi rəqəmlərə əsasən, Azərbaycanda 1427 yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində 559 nəfər həlak olub, 1116 nəfər yaralanıb.

Mütəxəssislər baş verən qəzaların bu qədər yüksək olmasının səbəbi kimi həm də avtomobillərin sazlığının aşağı səviyyədə olması, eyni zamanda bir çox nəqliyyat vasitələrinin ehtiyat hissələrinin keyfiyyətsizliyini göstərir.

Avtosfer.az-ın xəbərinə görə, baş verən qəzaların əksəriyyəti yolların işıqlandırmasının zəif olması və əyləc sisteminin saz olmaması, əyləc diskləri və əyləc qəliblərinin saxta olması səbəbilə yaranıb. Görmə şəraiti zəif olan yerdə qəfil tormozlama etməyə çalışan sürücülər idarəetməni itirdiyi üçün əl əyləcindən istifadə edir, buda avtomobilin aşmasına gətirib çıxarır.

Mövzu ilə əlaqədar həm sürücülərin, həm də sürücü olmaq arzusunda olanların daha geniş məlumatlanması üçün avtomobil eksperti Elçin Abbasovla danışdıq:

-Hansısa ehtiyat hissələri mağazasına girərkən satıcı qarşımıza 3 qablaşdırmada mal təqdim edir. Bu ehtiyat hissələrindən biri orijinal, digəri firma, 3-cü isə harada istehsal edildiyi bilinməyən detaldır. Sürücü belə olan halda orijinal ehtiyat hissəsini saxtadan necə ayırd edə bilər?

- İstər yağ filterləri, istərsə də əyləc qəlibləri böyük bir istehsal prosesinin nəticəsində ərsəyə gəlir. Biz bu cür böyük istehsal məhsulunun saxta və ya orijinal olmasını üzünə abxaraq təyin edə bilmərik. Ola bilər ilkin görünüşdən ucuz və ya bahalı olmasını təxmin edək. Məsələn, əyləc qəlibinin içərisində olan komponentlərin sayı iyirmiyə yaxındır. Bu komponentlərin qəlibin daxilindəki faiz nisbəti və digər elementlər çox önəmlidir. Burda önəmli olan əyləci sıxdığımız zmaan avtomobilin dayanıb-dayanmamasıdır. Bizim laboratoriyamız, ekspertizamız yoxdur ki, məhsulun keyfiyyətini müəyyən edə bilək. Bu zaman ehtiyat hissəsini güvəndiyimiz yerdən almalıyıq. Tutaq ki, hansısa istehsalı bu məhsulu özü təmin edir, onu məhz istehsalçının özündən almağımız daha doğru olar.

- Bəzən sürücü ucuz qiymətə aldığı qeyri-orijinal əyləc qəlibinin orijinalla eyni keyfiyyətdə olduğunu düşünür. Amma saxta əyləc qəlibi eroziyaya uğrayarkən ovulur və toz kimi diskin üzərində qara rəng iz yaradır. Qeyri-orijinal əyləc qəlibləri, əyləc diskləri, yağ, benzin və hava filterlərinin ehtiyat hissələrinin fəsadları hansı məqamlarda ortaya çıxır?

- Əyləc qəliblərinin əsas funksiyası sürtünmə əmsalının yüksək olmasıdır. Bu onun təkcə bir funksiyasıdır. Əyləc qəlibinin tərkibindəki komponentlər onun toxunma səthindən istiliyi yaymalıdır. Əgər toxunma səthində istilik yayılmasa, nə baş verəcək? Əyləc diski həddindən çox qızacaq və bu qızma nəticəsində onun möhkəmliyi də aşağı düşəcək. Nəticədə, təkərdə vurma baş verəcək və sis həmin əyləc disklərini yonmağa məcbur qalacaqsız. Vurma dedikdə, əyləcə basdığımız zaman orada titrəyişləri hiss edəcəyik. Bu ön əyləc disklərində belədir, arxa disklərdə isə özünü başqa cür xarakterizə edir.

- Sürücülər Ağsu, yaxud Şamaxı dolaylarından aşağı hərəkətdə olarkən əyləc diski və əyləc qəlibinin kəskin şəkildə qızmasından şikayət edirlər. Orijinal ehtiyat hissələrində də belə qızmalar olur?

- Dolaylardakı enişlərdən düşdüyümüz halda həmişə əyləclərdən istifadə etməyə məcbur deyilik. “Mühərriklə əyləcləmə” deyə bir sistem var.bu bütün nəqliyyat vasitələrində var. Hətta avtomatik ötürmələr qutusu olan maşınlarda da. Biz bu halda çalışmalıyıq ki, elə optimal ötürməni seçək ki, əyləcdən çox istifadə etməli olmayaq. Bu halda onun qızması az olar. Əyləc qəlibinin içərisindəki elementlərin hərəsinin özünəməxsus funksiyası var. Bunlardan biri friksion, yəni sürtünmə əmsalını idarə etmək üçündür. Bəzən əyləc qəlibindəki hansısa elementin çoxluğu cüyültüyə səbəb ola bilər. Azlığı isə intensiv əyləcləmə zamanı qızmasına səbəb ola bilər.

- Saxta yağ filterləri, alışdırma şamları (sveçalar) avtomobilə, xüsusən də ötürmələr qutusuna nə kimi zərər vurur?

- Qeyri-orijinal yağ filterlərinin qiymətini daha çox təyin edən onun nə onun gövədisi, nə də üzərindəki rezinidir. Onun qiymətini təşkil edən daxilindəki filterləyici elementidr. Bu element elə istehsal edilməlidir ki, içərisindən müəyyən zərrəcikləri keçirsin, amma avtomobilə zərər vuracaq hansısa zərrəcikləri keçirməsin. Ümumiyyətlə, filterləmə sistemi avtomobildə elə təşkil edilib ki, kobuddan incəyə doğru dəyişir. Yəni yağlama sistemində aşağıda kəfkir dayanır. O, kobud təmizləmə hissəsidir. O kəfkirdən keçən hissəciklər yağ nasosuna axır. Daha sonra yağ filterinə gələn zərrəciklər elə təmizlənməlidir ki, digər ehtiyat hissələri – yağ püskürmə sistemləri, dirsəkli val və qaz paylama valında yağlanma tam təmin edilsin.

- Avtomobilin ciyərləri funksiyasını daşıyan hava filterlərinin saxtalığı nəqliyyat vasitəsinə, eləcə də sürücüyə necə ziyan vurur? Bu ehtiyat hissəsini təzyiqli hava ilə təmizlənməsi mənfi təsir edir?

- Avtomobildə 2 əssa hava filteri olur. Bunlardan biri mühərrikin hava filteridir. Bu filterlər öz dəliklərinə görə müxtəlif mərhələlərdən təşkil olunur. Əgər filterdəki dəliklər böyük olsa, bu, mühərrikə zərər vuracaq. Təsəvvür edin ki, biz tozlu ərazidən keçirik, burada qum filterin içərisnə daxil olur, üzüklərin üzərində davamlı olaraq hərəkət etdikcə orada yerləşən silindri yonmağa başlayır. Dəliklər gərəkdiyindən də xırda olsa o zaman mühərrik havanı rahatlıqla ala bilməyəcək. Normal hava almayan mühərrikin nə gücü, nə də yanacaq sərfiyyatı normal olmayacaq.

- Ölkəmizdə həm də qeyri-orijinal və ikinci əl təkərlərdən də istifadə edilir. Bu təkərlər əzilmiş, qatlanmış formada ölkəyə gətirilir. Bu halda təkərin simlərinə, digər elementlərinə ziyan dəyirmi? Təkər düsturunun pozulması və saxta şinlərdən istifadə nələrə gətirib çıxarır? Sürücülər təkər seçimi zamanı nələrə diqqət etməlidirlər?

- Avtomobil üzərində istər yüksək keyfiyyətli əyləc diski, istər sə də əyləc qəlibi olsun, əgər təkərin yol səthi ilə sürtünmə əmsalı düzgün deyilsə, o maşın dayanmayacaq. əksər insanlar düşünür ki, yeni aldığı təkər, tutaq ki, 80000 kilometr məsafə sürdükdən sonra sıradan çıxırsa, keyfiyyətsizdir. Mən həmişə o adamlara deyirəm ki, Bkıda “Formula-1” yarışlarındakı avtomobillərin hansı məsafələrdə təkər dəyişdiyini bilirsiz? 150 kilometrdən bir onlar təkərləri dəyişirlər. Təkər xəmiri elə olmalıdır ki, maşının həm idarəetməsini, həm də tormozlamasını qoruyub saxlasın. Təkərin tez yeyilməsi heç də onun keyfiyyətsiz təkər olduğu mənasına gəlmir.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 May 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see235

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see225

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see164

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see139

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see125

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see112

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see112

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see110

Ukrayna Energetika Nazirliyi Rusiyanın Azərbaycan qazını tədarük edən GTS obyektinə hücumu barədə məlumat verib

06 Avqust 2025 16:16see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri