“Messiyə əsəbi idim” Mbappe
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Fransa millisinin və “Real madrid”in futbolçusu Kilian Mbappe Lionel Messi lə bağlı xatirəsini danışıb.
“Qafqazinfo” “RMC Sport”a istinadən xəbər veirr ki, o, PSJ-də oynayarkən argentinalıya hirsləndiyini etiraf edib.
Belə ki, Mbappe Dünya Çempionatının finalında Argentinaya uduzmaqlarını qəbul edə bilmirmiş:
“Dünya çempionatından sonra Messiyə qəzəbləndim. Finaldan sonra Parisdə Messi ilə ilk görüşdə hələ çox hirsli idim. Amma mənə daha öncə bu titulu qazandığımı, indi növbənin onda olduğunu dedi. İnanılmaz dərəcədə əsəbi idim, lakin Messiyə hörmət bəsləyirdim. Çünki o Messi idi. Birlikdə danışdıq, güldük, buzlar əridi. Hər ikimiz böyük əmək sərf etmişdik. Finalla bağlı danışdıq. Həmin finalla bağlı hələ də xatirələrimiz var. O matç bizi daha da yaxınlaşdırdı. Ondan çox şey öyrəndim”.
Xatırladaq ki, Messi və Mbappe 2021-2023-cü illərdə PSJ-dəkomanda yoldaşı olublar. Messi 2023-cü ildə “İnter Mayami”yə, Mbappe isə bu yay “Real”a keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 10 Dekabr 2024 02:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















