Icma.az
close
up
RU
70 manata görə dostunu döydü Əsəbi idim, iki şillə vurdum

70 manata görə dostunu döydü Əsəbi idim, iki şillə vurdum

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Quba rayonunda kafedə borc üstündə yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 13-də Quba şəhərində baş verib. 1983-cü il təvəllüdlü Kamran həmin gün saat 23 radələrində Quba şəhəri, yun bazarı adlanan ərazidə yerləşən “İnfiniti” adlı kafeyə gəlib. 
O, əvvəldən tanıdığı İlqarı (adlar şərtidir – red.) görüb və bir neçə gün əvvəl aralarında baş vermiş mübahisəni bəhanə edərək əvvəlcə kafedə, sonra isə kafenin qarşısında onunla mübahisə yaradıb. Uca səslə İlqarın ünvanına nalayiq ifadələr işlədib, bədəninin müxtəlif nahiyələrinə əllə zərbələr vuraraq ona xəsarətlər yetirib. 
İş üzrə ifadə verən Kamran ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, yanvarın 13-də Bakı şəhərində bir qədər spirtli içki qəbul edib və daha sonra Quba rayonuna gəlib:
“Həmin gün saat 22 radələrində Qubaya çatdım və “İnfiniti” adlı kafedə çay içdikdən sonra yun bazarında yerləşən kafeyə gəldim. Orada İlqar adlı tanışımı gördüm. İlqarla aramızda borc məsələsi olduğu üçün onu kafenin qarşısına çağırdım. Bunun üçün kafenin qarşısına çıxdıq. Həmin vaxt aramızda mübahisə yarandığı üçün bir-birimizin yaxamızdan tutduq. Əsəbi olduğum üçün həmin vaxt İlqara iki dəfə şillə vurdum. Bundan sonra araya Elmir bizi ayırdı. Sonra Elmir İlqarı avtomobilinə əyləşdirərək apardı”. 
İş üzrə zərərçəkmiş İlqarın sözlərinə görə, yanvarın 13-də, saat 22 radələrində Quba şəhərində qonşu kənddən olan taksi sürücüsü Elmirlə qarşılaşdıqdan sonra çay içmək məqsədi ilə Quba şəhərində yun bazarı adlanan ərazidə yerləşən kafedə gediblər:
“Bir qədər sonra kafeyə Kamran adlı tanışım gələrək masalardan birində oturdu. Kamranın mənə 70 manat borcu olub. Lakin uzun müddətdir ki, borcu qaytarmayıb. O, bir neçə dəqiqədən sonra məni kafenin qarşısına çağıraraq pulumu verməyəcəyini bildirdi. Bu səpkidə aramızda mübahisə yarandı. Kamran sərxoş olduğu üçün yaxamdan tutduğu üçün əlbəyaxa olduq. Bu vaxt kafeni işlədən Pərvin adlı şəxs  yaxınlaşaraq bizi ayırdı. Bu zaman Kamran qaçaraq üzərimə hücum çəkdi və başımın arxa tərəfindən vuraraq məni yerə yıxdı. Bundan sonra mənimlə birlikdə kafedə olan Elmir gələrək bizi ayırdı”.
Quba Rayon Məhkəməsinin hökmü ilə Kamran aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla 10 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Aprel 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri