Icma.az
close
up
RU
Əjdər Olla Şamaxı səfərini yazdı Əbülfət Mədətoğlu

Əjdər Olla Şamaxı səfərini yazdı Əbülfət Mədətoğlu

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yəqin ki, siz də rast gəlmisiniz, ya həyatda, ya ekranda, ya da hansısa tabloda. Söhbət təbiətdən gedir. Ona görə mən öncədən həyatı, ekranı, tablonu xatırlatdım. Və söhbət həm də ondan gedir ki, hər adam mənim indi  barəsində yazacağım, deyəcəyim məqamları bəlkə də müşahidə etmir və yaxud da yanından ötüb keçib. Amma mən laqeyd qala bilmirəm. Xüsusilə, canlı təbiətlə təmas məni elə bil ki, yuyub təmizləyir, ruhumu da, ürəyimi də, duyğularımı da yenidən cilalayır. Ona görə də təbiətlə bağlı istənilən məqam birmənalı olaraq məni özünə çəkir. Bu şeirdə olduğu kimi…

Öncədən deyim ki, Allah qapısını açsın. Bu içdən gələn bir duadır. Söhbət dəyərli ziyalımız, gözəl publisist, yazıçı, həm də tanınmış şair olan Əjdər Oldan gedir. Mən onun yaradıcılığına tez-tez üz tuturam. Xatirələrini də oxuyuram, şeirlərini də, publisist qeydlərini də. Bu gün səhər-səhər havanın bir az dumanlı olması ürəyimi sıxırdı. Özümə yer tapa bilmirdim. Başımı qatmaq üçün kitab rəfimin qarşısında dayandım. İlk diqqətimi çəkən Əjdər Olun «Günəbaxan zəmisi» kitabı oldu. Bu kitab barəsində bir neçə dəfə fikirlərimi qələmə almışam. Yenə əlimi uzadıb götürdüm və açdığım səhifədəki şeir məni özünə elə çəkdi ki, artıq dumanı da, çəni də, ürək sıxıntısını da unutdum. Elə bildim ki, Əjdər Ola qoşulub mən də Şamaxıya gedirəm. Çünki şeirdəki təsvir, şeirdəki mənzərə, şeirdəki ovqat və şeirin dili mənimlə həmsöhbət olmuşdu. Sanki sözün həqiqi mənasında Əjdər Olla üz-üzə dayanmışam və o da mənə Şamaxıya getməyi təklif edir, özü də bax belə:

Maşına yaxşıca əl gəzdirmişəm,

gedək Şamaxıya gül iyləməyə.

Gedək yerindəcə zirinc, qantəpər,

Mixək, kəklikotu, hil iyləməyə.

Yəqin ki, bu bəndi oxudunuz. Və mən də bir yazar ərki ilə soruşmaq istəyirəm o mənzərəni, o hisləri içinizə köçürə bildinizmi? O duyğuları yaşaya bildinizmi? Rahat maşında  Şamaxıya üz tuta bildinizmi? Və yol boyu da Əjdər Olun söylədiklərini siz də təkrar-təkrar içinizdə pıçıldadızmı? Əgər bunlar sizin daxilinizdə təlatüm yaradıbsa, onda mütləq şeirin ardını da oxumaq istəyəcəksiniz:

Arılar çəkəcək şirələrini,

bir azdan güllərdə hal olmayacaq.

Ağ kiprik tökəcək kipriklərini,

Lalənin başında şal olmayacaq.

Körpə bulaqların, sısqa çayların,

Sellənən-şellənən fəslini görək.

Mor köynəyindəki xırda güllərin,

Düymə çiçəklərin əslini görək.

Bu yerdə də dayanıram. Özüdə elə-belə yox. Təbiətin sözə hopmuş, şeirə çevrilmiş özünü, havasını udmaq üçün. Və mənə elə gəlir ki, o qədər rahat nəfəs alıram, o qədər özümü qayğılardan, daxili gərginliklərdən uzaq hiss edirəm ki, elə bil dünyaya indicə gəlmişəm və ilk gördüyüm də, ilk təmasım da elə bu təbiət mənzərəsi ilədi. Əlim o güllərə, çiçəklərə toxunur və mən ruhən uşaqlığıma, doğma kəndimdə quzu otardığım, naxır qaytardığım, ot biçdiyim yerlərə, anlara qayıdıram. Qovuşuram həmin o xatirəyə çevrilmiş gerçəkliklərə. Və onda da yenə Əjdər Ol məni bir az da uzağa çəkib aparır və deyir ki:

Bir tanış kababçı var yolun üstə,

Əla, qocafəndi lüləsi olur.

Bağdan bircə-bircə dərdiyi tutun,

Barmaq uzunluqda giləsi olur.

Biçilmiş ot ətri bilirsən nədir?

Şeh üstə gəzərik ayağı yalın.

Min dərdə dərmandı bircə damcısı,

Ağac koğuşundan tapılan balın.

Hə, burda daha deməyə söz tapmıram. Çünki birbaşa sorğusuz, sualsız 10-13 yaşındayam. Həmin o biçənək də, o koğuşundan bal çıxan ağaclar da, o arılar da, elə o yerin özü də mənim kəndimdir, mənim uşaqlığımın gerçəkliyidi. Ona görə əlavə sözə, qeydə, hətta nəyisə bir az da prfoslu etməyə zərurət yoxdu. Çünki nə deyilməlidisə, nə təqdim edilməlidisə, nə göstərilməlidisə, nə tabloya, nə nota köçürülməlidisə, hamısını Əjdər Ol edib. Rəssamlığı da, bəstəkarlığı da, şairliyi də. Bircə mənə  qalıb onun etdiyi söhbətin sonunu dinləmək:

Bir az canımızın hovu alınsın,

Bir azdan qurd salar zirvənin qarı.

Sabah, Allah qoysa, gün əyiləndə,

Durub fitillərik Bakıya sarı.

Bəli, bu gözəl səyahət və yaradılan bu şərait indiki anda mənim üçün həm xatirələrimin, həm istəklərimin ifadəsi oldu. Bu da o deməkdir ki, xatirələrimi təzədən yaşadım və bu bir də o deməkdir ki, mən bütün bunları yenə  təzədən yaşamaq istəyirəm. Hər iki istəyi də məndə dəyərli şairimiz Əjdər Ol yaratdı. Bu məqamda bir daha təkrar edirəm. Allah qapısını açsın və Əjdər müəllim məni bu səfərə dəvət etsin. Necə deyərlər, dərzi kimi iynəmi yaxama sancıb qoşulub gedim onunla – o günlərə, o yerlərə.

P.S. Dəyərli oxucu, mən yaşadığım bir ovqatın, daha doğrusu, bu səhər ürəyimi sıxan auranın içindən Əjdər Olun şeiri ilə çıxdım. Və sizə də arzulayıram ki, həmişə istəkləriniz bir nəğmənin, bir şeirin, bir tablonun, bir tamaşanın, bir sözlə, bir ədəbi nümunənin işığında gerçəkliyə çevrilsin. Sıxıntılarınız arxada qalsın.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://adalet.az
archiveBu xəbər 15 Noyabr 2024 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri