“Əkinçi”dən 50 il sonra”
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Uzun illərin araşdırmalarının nəticəsi olan bu kitabın müəllifi Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovdur. Arxivdə çalışarkən “Birinci Türk qəzetinin 50 illiyi ilə bağlı yazışmalar” adlı sənədlər qovluğuna rast gələn həmkarımız “Əkinçi”nin tarixi ilə bağlı bir sıra öyrənilməmiş məqamları araşdırmağa başlayıb və sanballı tədqiqat əsərini ərsəyə gətirib.
Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə işıq üzü görən kitabın Ön söz müəllifi Rəşad Məcid, redaktoru Elşən Əliyevdir. “Əkinçi” irsinə ehtiramla qələmə alınan topluda Azərbaycan mətbuat tarixi arxivinin yaradılması üçün atılan ilk addımlar, Moskva və Leninqrad (indiki Sankt-Peterburq) arxiv və muzeylərində aparılan axtarışlar, ayrı-ayrı illərdə Həsən bəy Zərdabiyə münasibət və sair məsələlər barədə nadir arxiv sənədləri əsasında maraqlı söhbət açılır. Kitabda həmin sənədlərin fotoşəkilləri də yer alıb.
Mətbuat tarixçiləri, jurnalistlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Əkinçidən 50 il sonra” əsəri “RAF Poliqraf-2017” MMC-də çap edilib.
Əli NƏCƏFXANLI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 11 Mart 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















