Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Ölümdən sonra insanı nə gözləyir?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Ötən onilliklərin solmayan kinolentləri

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

“Əkinçi”dən rəqəmsal eraya...

“Əkinçi”dən rəqəmsal eraya...

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;


 Media islahatlarının strateji yol xəritəsi hazırdır


“Azərbaycan media məkanında 2020-ci illərdən etibarən həyata keçirilən islahatlar dalğası kompleks xarakterlidir, media üzrə bütün komponentləri əhatə edir”


"Əkinçi" qəzetinin nəşrə başladığı 1875-ci il 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. "Əkinçi"dən başlanan mətbuat tariximizə nəzər salsaq görərik ki, ötən illər ərzində Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. Mətbuatımız indi özünün yüksəliş mərhələsini yaşayır. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib. Mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. 



Bu gün ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Hər beş ildən bir milli mətbuatımızın yubileyinin təntənə ilə keçirilməsi ənənəyə çevrilib. Bu günlərdə Prezident İlham Əliyev Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş verib. Maarifçilik hərəkatı genişlənməyə başlayıb, milli mətbuatın yaranması zərurəti meydana çıxıb. Məhz buna görə də 150 il əvvəl görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşüb: "Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olub, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc edib, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə verib. “Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynayıblar. Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab edib, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul edi, dövlət-media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoyub. Ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə və ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilib, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilib. Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoyub, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərib, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaradıb. Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyib. Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin edib. Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib, rəqabət qabiliyyətini artırıb. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır.


Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli "Şərq"ə açıqlamasında deyib ki, Prezidentin Sərəncamında Azərbaycan media ictimaiyyətinin ötən dövrdəki fəaliyyəti yüksək formada qiymətləndirilir. Jurnalistlərimizin Vətən müharibəsi dövründə sərgilədiyi fəaliyyətə xüsusi diqqət yetirilir:

 "Qeyd olunur ki, Azərbaycan mediası Vətən müharibəsində şanlı Zəfərin  qazanılmasında, ərazi bütövlüyünün və suverenliyin tam bərpa olunmasında əsl vətənpərvərlik, həmrəylik nümunəsi sərgiləyib. Haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün yüksək səy göstərib. Prezidentin sərəncamında yer tutan bu cümlələr mediamızın həm peşəkar, həm də vətənpərvər olduğunu göstərir və Azərbaycan jurnalistikasının tarixi fəaliyyətini qiymətləndirmək üçün mənbə rolunu oynayır. Amma bu Sərəncam Azərbaycan mediasının təkcə keçmiş fəaliyyətini qiymətləndirmir, həm də jurnalistikamızın gələcək fəaliyyətindən gözləntiləri ifadə edir. Azərbaycan media məkanında 2020-ci illərdən etibarən həyata keçirilən islahatlar dalğası kompleks xarakterlidir, media üzrə bütün komponentləri əhatə edir. Məlumat üçün qeyd edək ki, beynəlxalq mərkəzlər ölkələr üzrə media mühitini dəyərləndirərkən 4 mühüm istiqamətə birlikdə diqqət yetirirlər. Media qanunvericiliyinə, KİV-lərin maliyyə müstəqilliyinə, jurnalist təhlükəsizliyinə və nəhayət, etik standartların tətbiqi imkanlarına kompleks şəkildə yanaşılmasını zəruri sayırlar. Media mühitinin normal olması üçün, bu istiqamətlərdən hər birinin normativlərə uyğun gəlməsi vacibdir. Prezident İlham Əliyevin 2021-ci il yanvarın 12-də imzaladığı “Media sahəsində islahatların daha da dərinləşdirilməsi haqqında” Fərmanı bu prinsiplərin hər birini özündə cəmləşdirir. Fərman ayrı-ayrı istiqamətlərin deyil, ümumilikdə media mühitinin yeniləşdirilməsini ehtiva edir. Paralel olaraq, jurnalistlərin sosial durumunu və statuslarını da diqqətə alır". 


M.Ələsgərli qeyd edib ki, sərhədlərin müəyyənləşməsi peşəkar media üçün güzəştlərin və imtiyazların tətbiq olunmasına şərait yaradır: 

"Təsadüfi deyil ki, “Media haqqında” Qanun imzalandığı gün - 8 fevral 2022-ci il tarixdə Prezident İlham Əliyev həm də İpoteka qanunvericiliyi üzrə  dəyişiklikləri təsdiqləyib. Beləliklə, jurnalistlərə dövlət təminatlı, güzəştli ipoteka kreditindən istifadə etmək hüququ verilib. Qanunun qəbulundan 3 ay sonra, 13 may 2022-ci il tarixində isə Azərbaycanda kütləvi informasiya məhsullarıının ərsəyə gəlməsi üçün kağızın idxalı və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib. 2021-ci ilin sonlarından etibarən, medianın müstəqil biznes modelinə keçidinin sürətləndirilməsi üçün sistemli addımlar atılır. Prosesin davamı olaraq, 2023-cü il yanvarın 1-dən ölkə mətbuatına vergi tətilləri tətbiq olunub. Çap və onlayn media subyektləri gəlir (mənfəət) və sadələşdirilmiş vergilərdən, eyni zamanda əlavə dəyər vergisindən 3 il müddətinə azad edilib. Bu dövr ərzində media subyektlərinin inkişafını təmin etmək üçün verilən dövlət dəstəyinin həcmi artırılıb. Məlumat üçün bildirək ki, 2009-2020-ci illər aralığında ölkədə dövlət hesabına yalnız çap media subyektlərinə - qəzetlərə dəstək göstərilirdisə, indi həmin dəstək həm də onlayn media subyektlərinə aid edilir. Son 3 ildə hər il üzrə 39 xəbər saytına (xəbər portalına) müsabiqəli yardımlar göstərilib. 39 xəbər saytı, 17 qəzet redaksiyası olmaqla ümumilikdə il ərzində 56 media subyektinə iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki təminatlarının yaxşılaşdırılması, faliyyətinin təkmilləşdirilməsi və keyfiyyətin artırılması məqsədilə maliyyə yardımı ayrılır. Bu, ölkədə KİV qollarının paralel inkişafını təmin edir. O cümlədən, onlayn media subyektlərinin qurulmasını, inkişafını və peşəkarlaşmasını stimullaşdırır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 May 2025 07:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see315

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see242

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see221

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see209

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see201

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see200

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see198

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see198

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see198

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see198

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see196

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see196

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see194

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see194

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see193

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see192

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see191

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see190

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see189

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri