Icma.az
close
up
RU
“Əkinçi”dən rəqəmsal informasiya mühitinə uzanan yol

“Əkinçi”dən rəqəmsal informasiya mühitinə uzanan yol

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cavanşir Feyziyev,
Milli Məclisin deputatı

Mətbuat təkcə informasiya mənbəyi deyil, eyni zamanda xalqın ictimai şüurunu formalaşdıran, dövlətçilik düşüncəsini cilalayan və milli yaddaşını tarixləşdirən ən mühüm institutlardan biridir. Bu il 151 illiyini qeyd etdiyimiz Azərbaycan mətbuatı Həsən bəy Zərdabinin böyük maarifçilik ideyaları ilə başlanan yolu keçərək bu gün beynəlxalq informasiya məkanında ölkəmizin maraqlarını müdafiə edən güclü media sisteminə çevrilib. Milli Mətbuat Günü yalnız jurnalistlərin peşə bayramı deyil, həm də Azərbaycan dövlətçiliyinin və milli özünüdərkin inkişaf tarixinin mühüm mərhələlərinin xatırlandığı əlamətdar bir gündür.

1875-ci il iyulun 22-də nəşrə başlayan “Əkinçi” qəzeti Azərbaycan xalqının maariflənməsi, ictimai şüurda milli kimliyin möhkəmlənməsi və bütövlükdə ictimai fikrin inkişafında yeni dövr açdı. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” milli mətbuatın əsas prinsiplərini formalaşdırdı və sonrakı dövrdə yaranan “Ziya”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Açıq söz” kimi nəşrlər həmin ənənəni uğurla davam etdirdi. Bu “mətbuat orqanları xalqın ana dilinin qorunmasında, milli-mənəvi dəyərlərinin təbliğində və milli azadlıq ideyalarının yayılmasında misilsiz rol oynadı.

Müstəqillik illərində Azərbaycan mediası keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən islahatlar medianın inkişafı üçün möhkəm hüquqi və institusional zəmin yaratdı. Xüsusilə 1998-ci ildə dövlət senzurasının ləğvi milli mətbuatın inkişafı baxımından tarixi dönüş nöqtəsi yaratdı və ölkədə söz və mətbuat azadlığının inkişafına yol açdı. Sonrakı illərdə media ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin artırılması istiqamətində atılan addımlar Azərbaycan mətbuatının peşəkarlıq səviyyəsinin yüksəlməsinə ciddi təsir göstərdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində həyata keçirilən ardıcıl islahatlar bu siyasətin davamlı xarakter daşıdığını nümayiş etdirir. Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” Qanunun qəbul edilməsi, media subyektlərinə tətbiq olunan vergi güzəştləri, jurnalistlərin güzəştli ipoteka imkanlarından yararlanması və Media və Yayım Şurasının yaradılması istiqamətində atılan addımlar müasir media mühitinin daha çevik və səmərəli fəaliyyət göstərməsinə xidmət edir. Bütün bunlar göstərir ki, Azərbaycanda medianın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.

Rəqəmsallaşmanın sürətləndiyi müasir dövrdə media qarşısında yeni çağırışlar durur. Sosial media platformalarının təsirinin artması, dezinformasiyaya qarşı mübarizə, informasiya təhlükəsizliyinin təmin edilməsi zərurəti süni intellekt texnologiyalarının tətbiqini və media savadlılığının yüksəldilməsini diktə edir. Azərbaycan mediasını qlobal informasiya şəbəkəsinin ayrılmaz hissəsinə çevirən İnternet qəzetçiliyinin inkişaf etdirilməsi onu beynəlxalq rəqabət mühitinə çıxarır.

Azərbaycan mediasının son illərdə qazandığı ən böyük uğurlardan biri Vətən müharibəsi dövründə nümayiş etdirdiyi peşəkarlıq oldu. Jurnalistlər yalnız hadisələri işıqlandırmadılar, eyni zamanda informasiya cəbhəsində Azərbaycanın haqq səsini dünyaya çatdıraraq düşmənin dezinformasiya cəhdlərini iflasa uğratdılar. Postmüharibə dövründə azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin, Qarabağ həqiqətlərinin və Azərbaycanın beynəlxalq təşəbbüslərinin dünya ictimaiyyətinə çatdırılmasında media mühüm missiya yerinə yetirir. Azərbaycan ilə Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq ortaq informasiya məkanının formalaşmasına mühüm töhfə verir.

Bu baxımdan Şuşada keçirilən Qlobal Media Forumları artıq beynəlxalq media gündəliyinin mühüm platformalarından birinə çevrilib. Xüsusilə IV Şuşa Qlobal Media Forumunda sülhün təşviqi, həqiqətin bərpası, ictimai etimadın gücləndirilməsi, süni intellekt dövründə media etikası və dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq kimi aktual məsələlərin müzakirəsi Azərbaycanın qlobal informasiya siyasətində artan rolunu bir daha nümayiş etdirmiş oldu.

Bu gün Azərbaycan mediası artıq yalnız xəbəri çatdıran vasitə deyil. O, milli maraqların qorunmasına xidmət edən strateji institut, dövlətlə cəmiyyət arasında etibarlı körpü, informasiya təhlükəsizliyinin vacib elementi və müasir dövlət quruculuğunun fəal iştirakçısıdır. Qarşıdakı dövrdə də peşəkarlıq, obyektivlik, milli məsuliyyət və yüksək vətənpərvərlik prinsiplərinə sadiq qalan Azərbaycan jurnalistikası Zərdabinin əsasını qoyduğu müqəddəs missiyanı uğurla davam etdirərək ölkəmizin beynəlxalq informasiya məkanında mövqelərini daha da möhkəmləndirməyə davam edəcəkdir.

Milli mətbuatımızın fədakar və vətənpərvər təmsilçilərini peşə bayramı münasibətilə təbrik edir və onlara davamlı yaradıcılıq uğurları arzulayıram.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 İyul 2026 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri