Icma.az
close
up
RU
“Əkinçi”dən başlayan yol...

“Əkinçi”dən başlayan yol...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

150 illik mətbuat tariximiz

Cəmiyyətimiz mötəbər bir tarixi günü qeyd etməyə hazırlaşır. Bir neçə gün sonra milli mətbuatımızın yaranmasının 150 illiyi böyük coşqu və sevinclə qeyd ediləcək. Bu coşqu və sevincin bir səbəbi milli mətbuatın 150 yaşının tamam olmasıdırsa, digər səbəbi belə bir əlamətdar hadisənin ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etmiş, regionun yeni güc mərkəzi kimi qəbul olunan Azərbaycan reallığında qeyd edilməsidir.

Milli mətbuatımız bu günə heç də asanlıqla gəlib çıxmayıb. Azərbaycan mətbuatı 150 il ərzində çətin və şərəfli inkişaf yolu keçib.

“Əkinçi” necə yarandı?

1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. Həmin vaxtdan indiyədək mətbuatımız cəmiyyətimizin maariflənməsində, milli kimliyimizin formalaşmasında, söz azadlığının təmin olunmasında misilsiz rol oynayıb.

Hələ XIX əsrin II yarısında dövlətimizin iqtisadi və ictimai inkişafındakı çatışmazlıqlar milli mətbuatımızın yaranmasını zəruri edirdi. Görkəmli ziyalı Həsən bəy Zərdabi də bu zərurəti dərk edərək uzun mübarizədən sonra ana dilində “Əkinçi” qəzetinin çap edilməsinə nail olub.

Təkcə bir faktı qeyd edək ki, Həsən bəy Zərdabi milli mətbuat orqanını təsis etmək üçün 15 ilə yaxın mübarizə aparmışdı. 1861-1865-ci illərdə Moskva Universitetinin Fizika-Riyaziyyat fakültəsində təhsil aldığı illərdə belə, Azərbaycan dilində qəzet nəşr etmək istəmişdi. Lakin onun təşəbbüslərinin qarşısı hər dəfə müxtəlif vasitələrlə alınmışdı.

Nəhayət, uzun və gərgin mübarizədən sonra 1875-ci ildə Zərdabi öz arzusuna çatdı və istədiyi qəzetin nəşri üçün Bakı qubernatorundan icazə aldı.

Cəmiyyətin əsas atributlarından biri

Media üçün azad söz mühitinin yaradılması, məlumat azadlığının olması hər dövr üçün xüsusi əhəmiyyət kəsb edir. Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir. Hər zaman dövlətimiz tərəfindən media orqanlarının sərbəst fəaliyyəti, jurnalistlərin söz və fikir azadlığının təmin edilməsi, mətbuat problemlərinin həlli istiqamətində təşəbbüs göstərilib, mühüm qərarlar qəbul edilib. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbul edilməsi, eləcə də 1998-ci ildə Azərbaycanda senzuranın ləğv olunması ilə bağlı Sərəncamın imzalanması mətbuatımızın tərəqqisi üçün ən böyük töhfələrindən hesab edilə bilər. Məsələn, bu il ölkə başçısının imzaladığı “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı da xüsusilə vurğulamaq olar.

Milli düşüncənin formalaşması...

Nəzərə almaq lazımdır ki, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində Bakı təkcə Qafqazın iqtisadi deyil, həm də mədəni mərkəzinə çevrilmişdi. O zamankı Bakıda çoxsaylı rus, gürcü, erməni və digər xalqların xeyriyyə cəmiyyətləri, qəzetləri fəaliyyət göstərirdi. Bu qədər qarşıdurma və rəqabət şəraitində milli mətbuatı formalaşdırmaq, onu inkişaf etdirmək, azad söz üçün mübarizə aparmaq çox çətin idi. Etiraf etməliyik ki, o dövrdə “Əkinçi” milli mətbuatın yeni nəsli üçün bir mayak, bələdçi oldu.

Təsadüfi deyil ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda onun qurucularının demək olar əksəriyyəti yazarlar və mətbuat camiəsinin nümayəndələri idilər.

Sovet dönəmində mətbuat yalnız texniki baxımdan inkişaf etdi. Çünki 70 il ərzində bir dənə də olsun müstəqil mətbu orqanı fəaliyyət göstərmədi. Daha doğrusu, müstəqil mətbuatın fəaliyyətinə imkan verilmədi.

Buna görə də bütün media subyektləri partiya təşkilatlarının və dövlət qurumlarının orqanı kimi fəaliyyət göstərdi. Lakin senzuranın pik həddə olduğu SSRİ dönəmində belə əzmkar jurnalistlərimizin səyi ilə Zərdabi ənənələri unudulmadı...

Müasir medianın çağırışları

21-ci əsr medianın həm imkanlarını, həm də məsuliyyətini artırıb. Süni intellektin yayılması, sosial şəbəkələrin təsiri, dezinformasiyanın sürətlə yayılması jurnalistin peşəkarlığını və məsuliyyətini daha da artırır. Mediamız bu çağırışlara uyğunlaşmalı, eyni zamanda, milli dəyərləri və peşə etikasını qoruyaraq fəaliyyət göstərməlidir. Əsas vəzifə-informasiyanı dəqiq, operativ və obyektiv şəkildə təqdim etməkdir. Cəmiyyətin informasiya ehtiyacını ödəmək, ictimai rəyə təsir etmək jurnalistikanın əsas funksiyası olaraq qalır.

Yeganə

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 İyul 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri