Icma.az
close
up
RU
“Əkinçi”dən süni intellektə 150 illik medianın transformasiya yolu

“Əkinçi”dən süni intellektə 150 illik medianın transformasiya yolu

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Mayın 15-də Bakı Dövlət Universitetinin və Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın və Mətbuat Şurasının tərəfdaşlığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.

BDU-nun rektoru Elçin Babayev bildirib ki, Həsən bəy Zərdabinin təşəbbüsü əsasında nəşrə başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız xalqımızın maariflənməsində, milli kimliyimizin formalaşmasında və dövlətçilik ideyalarının təbliğində mühüm rol oynayıb. “Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ölkəmizdə media və jurnalistika sahəsinə verilən yüksək dəyərin bariz nümunəsidir. Bu yubiley yalnız keçmişə bir baxış deyil, eyni zamanda, mütərəqqi jurnalist nəslinin formalaşmasına, gənc qələm sahiblərinin ruhlandırılmasına verilmiş böyük töhfədir”, – deyə o əlavə edib

Üsküdar Universitetinin rektoru Nazife Güngör BDU ilə əməkdaşlığı yüksək dəyərləndirib. O qeyd edib ki, qarşılıqlı inam və dostluq prinsiplərinə əsaslanan bu əməkdaşlıq yalnız akademik sahədə deyil, həm də iki xalq arasında olan mədəni və mənəvi bağları daha da möhkəmləndirir.

“Bu konfrans çərçivəsində onlayn olaraq 200-dən çox məruzəçinin iştirakı nəzərdə tutulur. Bu isə bizə göstərir ki, elm, təhsil və araşdırma sahəsində maraq və dinamik əməkdaşlıq sürətlə genişlənməkdədir. Eyni zamanda, konfrans tələbələr və müəllimlər arasında da yeni əlaqələrin yaranmasına imkan yaradır ki, bu da gələcək akademik əməkdaşlıqlar üçün güclü bir zəmidir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov yerli, həm də qlobal miqyasda aktual və strateji məsələlərin müzakirəsi baxımından “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransın ideal platforma olduğunu söyləyib. O qeyd edib ki, rəqəmsallaşma bu gün bütün dünyanın əsas çağırışlarından biridir.

Mətbuat Şurasının sədri Rəşad Məcid “Əkinçi” qəzetinin fəaliyyətə başlamasının həmin dövr üçün böyük fədakarlıq olduğunu vurğulayıb. Bildirib ki, sovet dövründə Azərbaycan mətbuatı ana dilimizin qorunmasında mühüm rol oynayıb. Həmin dövrdə fəaliyyət göstərən “Kommunist”, “Azərbaycan gəncləri” kimi qəzetlərdə milli ideyalar öz əksini tapırdı. 1991-ci ildən sonra ölkəmizdə media orqanlarının sayı artmağa başladı. Azərbaycan mətbuatı tarixində ən əlamətdar hadisələrdən biri isə 1998-ci il avqustun 6-da baş verdi. Həmin gün ümummilli lider Heydər Əliyev “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzaladı. Bu, mətbuatın inkişafı istiqamətində mühüm addım oldu və sonrakı illərdə də ardıcıl fəaliyyət davam etdirildi.

“REAL Təhlil və İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mirşahin Ağayev medianın sadəcə informasiya vasitəsi deyil, eyni zamanda, təfəkkür məsələsi olduğunu söyləyərək diqqətə çatdırıb: “Biz tariximizə baxdıqda “Əkinçi” qəzeti ilə fəxr edir və Həsən bəy Zərdabini milli mətbuatımızın banisi kimi xatırlayırıq. Bu, yalnız keçmişə hörmət deyil, həm də gələcəyə məsuliyyətdir”.

“Sosial şəbəkələrin informasiya xaosu yaratdığı, bəzən həqiqəti kölgədə qoyduğu bir dövrdə biz bu Himni daha dərindən anlamağa və media vasitəsilə cəmiyyətin düşüncə sağlamlığını qorumağa borcluyuq”, – deyə M.Ağayev əlavə edib.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, dünyanın çağırışlarına cavab olaraq, müzakirə ediləcək mövzulara milli maraqlar prizmasından yanaşmalı və milli maraqları təmin etmək üçün kifayət qədər addımlar atmalıyıq. “Zaman dəyişir və inkişaf edir. Bu dəyişikliklərə adekvat olaraq, Azərbaycan mətbuatı da reallıqlara əsaslanaraq fəaliyyətini milli və dövlət maraqları çərçivəsində qurmalıdır”, - deyə deputat bildirib.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli milli mətbuatın 150 illik tarixi yalnız keçmişi anmaq üçün deyil, həm də gələcəyi düşünmək üçün mühüm informasiya bazası yaratdığını vurğulayıb. Bildirib ki, bu baxımdan, konfransın mövzusu ilə tarixi təcrübənin və peşəkar mirasın vəhdəti mühüm əhəmiyyət daşıyır.

N.Məmmədli konfransın məqsədi və qayəsi barədə ətraflı danışaraq Azərbaycan jurnalistikasının inkişafında iki əsas istiqamətin mövcudluğuna toxunub. Bildirib ki, Medianın İnkişafı Agentliyi bu istiqamətlərin hər biri üzrə sistemli fəaliyyət göstərir. Beynəlxalq ekspertlərin iştirakı ilə “Rəqəmsal yazı: rəqəmsal alətlərin işlənməsi” mövzusunda keçirilən silsilə təlimlər bu sahədə jurnalistlərin bilik və bacarıqlarının artırılmasına xidmət edir.

BDU-nun milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli və multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli mətbuatın təsir imkanlarını genişləndirməyin olduqca vacib məsələ olduğuna diqqət çəkiblər.

Daha sonra Azərbaycan milli mətbuatının 150 illiyi çərçivəsində BDU-nun jurnalistika fakültəsində “Milli mətbuat tarixi auditoriyası”nın açılışı, “Bakı Universiteti” qəzetinin xüsusi nömrəsinin və fakültə tərəfindən yeni təsis edilən “Media problemləri” jurnalının təqdimat mərasimləri keçirilib.

Üç gün davam edəcək konfransın məqsədi media istehsalı və istehlakı proseslərinin rəqəmsallaşma ilə transformasiyasının insani, sosial, siyasi və mədəni təsirləri haqqında müzakirələr aparmaqdır. Bu transformasiyanın mahiyyətinin, media ekosisteminə təsirlərinin və qlobal səviyyədə gətirəcəyi nəticələrin ətraflı şəkildə müzakirə olunacağı konfransın kommunikasiya və media sahəsində araşdırmalara əhəmiyyətli töhfə verməsi hədəflənir.

Konfrans çərçivəsində “Rəqəmsal dövrdə media və cəmiyyət”, “Süni intellekt, media və cəmiyyət”, “Rəqəmsal dövrdə media və kommunikasiya tədqiqatları”, “Rəqəmsal dövrdə reklam və marketinq”, “Jurnalistika tarixi”, “Süni intellekt, media və vizual mədəniyyət”, “Rəqəmsal transformasiya və media” mövzuları üzrə 7 bölmədə 48 məruzə dinləniləcək.

Qeyd edək ki, konfransa, ümumilikdə, 300-ə yaxın məqalə və 100-ə yaxın tezis qəbul olunub. Tədbir zamanı medianın müxtəlif istiqamətləri üzrə 19 canlı, 24-dək onlayn panel müzakirəsinin təşkili nəzərdə tutulub.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 May 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri