Ekipaj üzvlərindən biri sağdır? Qardaşından paylaşım
Bu gün Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarəsinin ekipaj üzvlərindən birinin sağ qalmasına dair məlumat yayılıb.
Globalinfo.az xəbər verir ki, ekipajlardan Aydan Rəhimlinin sağ olduğu iddia edilir.
Belə ki, özünü A.Rəhimlinin qardaşı kimi təqdim edən Rüfət adlı şəxs sosial şəbəkə hesabında bacısının sağ qaldığını yazır.
Qeyd edək ki, qəza zamanı 5 ekipaj üzvü – Kşnyakin İqor, Kalyaninov Aleksandr, Əliyeva Hökümə, Əsədov Zülfüqar və Rəhimli Aydanın həlak olduğu qeyd edilir.
Zaira Akifqızı
Baxış sayı:55
Mənbə:https://globalinfo.az