Əkizlər daha çox şəhərlərdə, üçəmlər isə kəndlərdə doğulub
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən il Azərbaycanda doğulan əkizlərin çoxu şəhərlərdə, üçəmlərin çoxu isə kənd yerlərində doğulub.
Bizim.Media Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ildə şəhərlərdə 801 qız, 833 oğlan əkiz doğulub. Kənd yerlərində isə 754 qız, 782 oğlan əkiz doğulub.
Beləliklə, ötən il Azərbaycanda ümumilikdə 3 170 əkiz (1 555 qız, 1 615 oğlan) doğulub. Göründüyü kimi, əkizlər arasında oğlanlar qızlardan 60 nəfər çoxdur.
Üçəmlərlə bağlı göstəricilərə görə, 2025-ci ildə şəhərlərdə 25 qız, 32 oğlan, kənd yerlərində isə 28 qız və 32 oğlan üçəm doğulub.
Ümumilikdə ötən il 117 üçəm (53 qız, 64 oğlan) dünyaya gəlib. Üçəmlər arasında da oğlanlar qızlardan 11 nəfər çoxdur.
Beləliklə, həm əkizlər, həm də üçəmlər arasında oğlanların sayı qızlardan çox olub.
Fəridə, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 27 Oktyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















