Icma.az
close
up
RU
Ekologiya üzrə səfir: Əvvəlki COP təşkilatçılarının bacarmadıqları nailiyyətlərə görə Azərbaycanı təbrik etmək lazımdır MÜSAHİBƏ AZƏRTAC

Ekologiya üzrə səfir: Əvvəlki COP təşkilatçılarının bacarmadıqları nailiyyətlərə görə Azərbaycanı təbrik etmək lazımdır MÜSAHİBƏ AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 22 noyabr, Tamilla Məmmədova, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkənin yaşıl enerjiyə keçidində, eləcə də bərpaolunan enerjinin inkişafı məqsədlərinə nail olunmasında mühüm rol oynayacaq. Şübhəsiz ki, bu beynəlxalq konfransda yaşıl enerjiyə qlobal keçidlə bağlı mühüm qərarlar qəbul ediləcək. Azərbaycan gələcəkdə ölkənin iqtisadi inkişafına dəstək olacaq yaşıl enerjinin Avropaya ixracı ilə bağlı layihənin həyata keçirilməsi üçün əhəmiyyətli tərəfdaşlar cəlb edə biləcək. Nəzərə alsaq ki, Azərbaycanın alternativ enerji mənbələri üçün çox böyük potensialı var, belə mühüm layihələrin həyata keçirilməsi istiqamətində beynəlxalq maliyyə kanallarının açılması yaşıl enerjinin yeni dövrünün başlanğıcı olacaq.

Mövzu ilə bağlı AZƏRTAC-ın suallarını Monteneqronun Radio və Televiziyasının Ətraf Mühit Redaksiyasının baş redaktoru, Monteneqronun Ekologiya üzrə səfiri və Davamlı İnkişaf üzrə Milli Şuranın üzvü Daniel Qariç cavablandırır.

- COP29-un ilk günündə Paris Sazişinin 6.4-cü maddəsi üzrə razılıq əldə olunub. Bu, COP29-un əsas gözləntilərindən biridir. Bu nəticəni necə qiymətləndirirsiniz?

- Bu, şübhəsiz ki, qlobal iqlim danışıqlarında mühüm qərardır. COP29 qlobal karbon bazarının əsasını qoyaraq, 6-cı maddə əsasında Paris Sazişinin mexanizmi üçün yeni əməliyyat standartlarını rəsmi olaraq qəbul etdi. 6-cı maddə əvvəlki COP-larda böyük maneə idi, bəzi ölkələr öz iqtisadiyyatları üçün riskdən qorxurdular. Hələlik danışıqlarda tam irəliləyiş əldə olunmayıb. 6-cı maddə ölkələr və şirkətlər üçün karbon kompensasiyası ilə ticarət etmək üçün iki yol təklif edir. Bu maddə onların iqlim fəaliyyət planlarında müəyyən edilmiş emissiyaların azaldılması hədəflərinə nail olmağı dəstəkləyir.

- Emissiyaların monitorinqi üzrə standartlarla bağlı vəziyyət necədir?

- Karbon kreditlərinin nə qədər daimi və etibarlı olması ilə bağlı fikir ayrılıqlarına görə əvvəllər danışıqlar dayandırılmışdı. Düşünürəm ki, əvvəlki prosedur maneələr indi aradan qaldırılır və nümayəndələr COP29-da digər mühüm məsələləri həll etməkdə daha asan vaxt əldə edəcəklər. Bununla belə, vurğulamaq lazımdır ki, biz hələ də emissiyaların monitorinqi üçün dəqiq standartlara malik deyilik və bu, bazarın uzunmüddətli etibarlılığı üçün çox vacibdir.

- Beynəlxalq maliyyə korporasiyaları və bank institutları artıq iqlim dəyişikliyinin nəticələri ilə mübarizə üçün maliyyə töhfələrini artıracaqlarını bəyan ediblər. Bütün bunlar yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmaya nail olmaq üçün mükəmməl mühit yaradır. Bu danışıqların nəticəsini necə görürsünüz?

- Mən burada ehtiyatlı nikbinliyi ifadə edərdim. Təbii ki, bu, yaxşı və faydalı başlanğıcdır və bu, sıfır səviyyəsindən irəlilədiyimizi bildirir. İndi iqlim böhranını həll etmək üçün maliyyə mexanizmlərinə ehtiyacımız var. Bu nailiyyətə baxmayaraq, 6-cı maddənin əsas elementləri, xüsusən də ölkələr arasında ikitərəfli ticarəti tənzimləyən 6.2-ci maddə həll edilməmiş qalır. Aİ və ABŞ şəffaflıq tələbi ilə bağlı fikir ayrılığındadırlar, COP29-da danışıqlar davam etdikcə nə baş verəcəyini görəcəyik. Təbii ki, əvvəlki COP təşkilatçılarının bacarmadıqları nailiyyətlərə görə Azərbaycanı təbrik etmək lazımdır.

- Niyə hələ də maliyyələşmə ilə bağlı konsensus əldə etmək mümkün olmayıb?

- COP29-da maliyyələşdirmə gündəmin başındadır. Biz bilirik ki, bu günə qədər acgöz geosiyasi yarışa görə kifayət qədər pul ayrılmayıb. Artıq temperaturun əvvəlkindən 1,4 dərəcə yüksək olduğu bir şəraitdə təbii fəlakətlərlə mübarizə üçün gündə bir milyard dollardan çox vəsaitə ehtiyacımız var. Belə davam etsə, təsəvvür edə bilərsiniz ki, 5-10 ildən sonra bizə nə qədər pul lazım olacaq. Dünya Bankının 170 milyard dollarlıq iqlim maliyyəsi qərarı yaxşı əlamətdir. Ancaq bilməlisiniz ki, Dünya Bankının siyasəti Amerikanın siyasətindən asılıdır. Dünya Bankının prezidentini kimin təyin etdiyini bilirik.

- Sizcə, ABŞ yaşıl iqtisadiyyatı maliyyələşdirməkdən uzaqlaşa bilərmi?

- Xatırlayaq ki, cəmi iki il əvvəl ABŞ Prezidenti Co Bayden qalıq yanacaqları maliyyələşdirdiyi və yaşıl siyasətlərə sərmayə qoymaq istəmədiyi üçün Dünya Bankının prezidenti Devid Malpassı işdən çıxarmışdı. İndi bizim Dünya Bankının yeni prezidenti var, o, 170 milyon ayırır. Amma bu yaxınlarda ABŞ-da yaşıl siyasətə inanmayan yeni prezident seçildi. Yəni, biz bilmirik ki, bu, Dünya Bankının sadəcə bir maliyyə inyeksiyasıdır, yoxsa uzunmüddətli öhdəlikdir? Tramp Dünya Bankının yeni prezidentini təyin edəcəkmi və qlobal iqlimin bərpası səylərinə sərmayə qoymağa hazır olacaqmı? Bütün bu suallar nəzərə alınmalıdır.

- Azərbaycan yaşıl enerjiyə keçiddə Cənubi Qafqaz regionunda liderdir. Aİ və Azərbaycan bu istiqamətdə necə əməkdaşlıq edə bilər?

- Hesab edirəm ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və Avropa İttifaqı Azərbaycana ən böyük investordur. Azərbaycan üçün ən vacibi Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün Aİ-nin təklif etdiyi yardımdan istifadə etməkdir. Cənub Qaz Dəhlizi Xəzər dənizindən qazın Avropa bazarlarına çatdırılması üçün strateji layihə hesab olunur. Ukraynadakı müharibədən sonra Avropa İttifaqı davamlı olaraq enerji böhranından danışır. O, bu dəhlizi Avropanın enerji təchizatının təhlükəsizliyinin yaxşılaşdırılması üçün vacib hesab edir. 2019-cu ildə Azərbaycan Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit Tərəfdaşlığına (E5P) qoşulub və enerji sektorunda, o cümlədən enerji səmərəliliyində Aİ-nin gələcək dəstəyi “EU4Energy” təşəbbüsü vasitəsilə təmin edilir. Bildiyimə görə, Azərbaycanla ətraf mühit və iqlim məqsədləri sahəsində də əməkdaşlıq mövcuddur. “Water+” təşəbbüsü, “EU4 Climate” və “EU4 Environment” kimi proqramlar var. Bu təşəbbüslər Azərbaycanın Paris Sazişinə Milli Müəyyənləşdirilmiş Töhfələri (NDC) yerinə yetirməsinə, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasına kömək edir.

- Yaşıl keçidi sürətləndirmək üçün Azərbaycan hansı tədbirləri görməlidir?

- Hesab edirəm ki, Azərbaycan “qalıq yanacaq ölkəsi” kimi mütərəqqi Avropa siyasətini izləməlidir. Brüssel yeganə qlobal oyunçudur ki, dəqiq müəyyən edilmiş məqsədləri var və onlara nail olur. Aİ 2025-ci ilə qədər ilk “karbon neytral” qitə olmaq istəyir. Bu, bütün tərəfdaşlarla, o cümlədən Azərbaycanla ticarət siyasətinə təsir edəcək. Əgər rəsm Bakı enerji keçidini vaxtında başa çatdırmasa, mən qorxuram ki, onun Aİ ilə ticarəti risk altında ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see198

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see127

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see121

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see115

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see113

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see113

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see112

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see111

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see111

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see111

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see110

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see110

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see109

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see109

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see108

Sahil Babayev: Maliyyə Nazirliyindən “Yüksəliş”ə 66 nəfər qatılıb

18 İyul 2025 15:48see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri