Icma.az
close
up
RU
Uşaqları ölümə sürükləyən Qərbin qorxulu bayramlarıdır, yoxsa texnologiya? ŞƏRH

Uşaqları ölümə sürükləyən Qərbin qorxulu bayramlarıdır, yoxsa texnologiya? ŞƏRH

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illərdə ölkəmizdə də qeyd olunmağa başlayan “Halloween” bayramı müzakirəsiz ötüşmür.

Ölkə.Az xəbər verir ki, qəribə, qorxulu obrazların yer aldığı, ağzından “qan” daman personajlara yeniyetmə və gənclər arasında maraq artıb.

Son günlərdə paytaxtın Binəqədi rayonunda qorxulu videolara baxan 13 yaşlı qızın meyitinin aşkarlanması bu müzakirələri artırıb. Soial şəbəkələrdə “Halloween”lə bağlı gedən müzakirələr bayramların uşaqların psixologiyasını pozduğu yönündədir.

Qeyd olunur ki, əvvəllər uşaq oyuncaqları gözəl dovşan, pişik idisə, indi qorxunc heyvanlardır. Müzakirələrdə Novruz kimi milli bayramların səthi keçirildiyi, “Halloween” üçün isə bağçaların xüsusi bəzədildiyi iddia edilir.

Bəzi valideynlər hesab edir ki, azyaşlıları “Halloween” kimi bayramlara getməy qoymaq olmaz. Bir qisim valieynlər isə hesab edir ki, Azərbaycanda “Halloween”in mahiyyəti səhv anlaşılır.

13 yaşlı qızın ölümünün “Halloween”, o cümlədən qorxulu obrazlarla əlaqələndirilməsi ilə razılaşmayanlar da var. Qeyd olunur ki, sözügedən ailənin başına gələn faciədə günahkar “Hallowen” deyil valideyn məsuliyyətsizliyidir.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov  qorxulu obrazların tərkcə Qərb ölkələrinin bayramlarında yox, həmçinin milli nağıllarımızda da olduğunu bildirib:

“Halloween” və bu tip bayramların dünya miqyasında qeyd edilməsi əslində yeni nəslin köhnə nəsilə qarşı bir növ özünü təsdiq üçün ortaya qoyduğu kulturoloji müqavimət formatıdır. Bizim uşaq nağıllarına, filmlərinə və uşaq əfsanələrinə baxanda qorxulu div, cin, şeytan, üçbaşlı əjdaha kimi obrazlarla bağlı çoxlu düşüncələr görürük. “Dədə Qorqud”dastanındakı təpəgöz və yaxud nağıllardakı əjdaha, cin, şeytan, div və s. kimi obrazlar nə qədər qorxulu olsalar da, həmin obrazlar daha çox mənfi yox, orta bir obrazdır və uşaqları nədənsə çəkindirmək, qorxutmaq üçün yaradılıb.
Dində də buna bənzər yanaşma var. Cin, şeytan, cəhənnəm insanları müəyyən günahlardan çəkindirmək, xaosa yox, harmoniyaya xidmət etmək məqsədi ilə təqdim olunur. 

Uşaqların dünyagörüşü və həyata baxışı fərqlidir. Uşaq öz kölgəsindən, yağışın səsindən hətta ildırımdan da qoruxb gizlənə bilər. Uşaqlıqda bizi xoxanla, divlərlə qorxudurdular. Cin, divlərlə bağlı uşaqlıqdan qulağımıza oxunan fikirlərlə “Halloween”də balqabaq və digər qorxunc kuklaların yaratdığı reaksiya demək olar ki? uyğundur”.

Kulturoloq uşaqlarla bağlı yaranmış vəziyyəti hansısa personajların təsiri ilə deyil, valideyn məsuliyyətsizliyi ilə əlaqələndirib:

“Ümumiyyətlə, yeni nəslin formalaşması, tərbiyəsi ilə bağlı çox boşluqlar buraxmışıq. Düşünmürük ki, əgər uşağın beyni boşdursa, bütün gün smartfonda, filmlərə baxmaqla, saytlarda eşələnməklə vaxt keçirirsə, dünya görüşü, idrakı və şüuru formalaşmırsa, təhsilə fikir verilmirsə, intellektual deyilsə, əlbəttə, o hər şeydən qorxacaq. Adicə atasının qışqırığından, anasının süpürgə ilə döyülməsindən tutmuş qonşuda baş verən davaya qədər belə hadisələrdən psixoloji travma ala bilər.

“Halloween” dünyada uzun illərdir keçirilir. Bu düşüncədən çıxış etsək, bu bayramlar Qərb ölkələrində “manyak” və ya “xəstə”lərdən ibarət toplum yaratmalı idi. Amma görürük ki, belə deyil. Çünki həmin ölkələrdə elmə və təhsilə o qədər var ki, onlar qaranlığı, kölgəni cin, şeytan kimi görmürlər. 
Sözsüz ki, uşaqların yaşına uyğun obrazları bayramlara gətirmək lazımdır. Onsuz da Azərbaycan və dünya xalqalrında bunlar çox işlənib. Uşaqların bu bayramlarda iştirakı valideynlərinin razılığı ilə təmin edilir.

Evində tək qalan uşaq əlbəttə ki, kukladan da qorxa bilər. İndi süni intellekt əsridir. Dünyada varlanan gənclərin çoxu 18-22 yaş arasındadır. Biz isə hələ müzakirə edirik ki, “Halloween”lə bağlı hər hansı bir obraz uşaqlara mənfi təsir edir ya yox. Uşaqların psixologiyasına hər şey mənfi təsir etməsi mübahisəli məsələdir. 
Müəyyən psixoloji gərginlik ola bilər. Buna görə uşağın yanında doğmaları, yaxınları, doğmaları hər onun tərbiyəsinə diqqət ayırmalıdır. Məktəblərdə həyat bilgisi ilə yanaşı, bayramların bizə yad və ya doğma tərəfləri də öyrədilməlidir.

Təəssüf ki, uşaqlar daha çox smartfon və sosial şəbəkələrin öhdəsinə buraxılır. Bu vəziyyətdə mənfi təsir axtarırıqsa, ilk növbədə yeni texnologiyaların psixologiyaya vurduğu zərəri müzakirə etməliyik. 

Onlar heç olmasa, canlıdır. Uşaqların gözünü çəpləşdirən, belini əyən, qoca adamlara oxşadan, öz yaşından çox böyük danışan bir kütləyə çevirən yeni texnologiyaların onların psixologiyasına vurduğu təsirdən daha çox danışmalıyıq”.

Xatırladaq ki, Binəqədi rayonunu Rəsulzadə qəsəbəsində 13 yaşlı yeniyetmə qızın meyiti axşam saatlarında valideynləri tərəfindən mənzildə aşkarlanmışdı. 

Polisin telefon araşdırması zamanı isə məlum olub ki, Kəmalə təhlükəli "Mavi Balina" ("Синий Кит") oyununu oynayıbmış. Son aldığı mesaj isə belə olub: "Bu gün son gündür".

Billurə Yunus
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Dekabr 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri