Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır ŞƏRH
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Ermənistanla Azərbaycan arasında münaqişə başa çatsa da, 30 illik işğalın ağır nəticələri aradan qaldılımayıb. Müsbət haldır ki, iki dövlət arasında münasibətlər tənzimlənir, sülh müqaviləsinin imzalanmasını gözləyirik. Amma Ermənistanın işğal dövründə insan faktoruna, ətraf aləmə, maddi və mənəvi sərvətlərimizə vurduğu ziyan yaddan çıxmayıb”.
Bu sözləri Sherg.az-a açıqlamasında Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli hazırda Ermənistanın paytaxtı Yerevanda BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının COP17 sammitinin keçirilməsinə münasibət bildirərkən söylədi. Qeyd edək ki sözügedən sammit 19 oktyabr 2026-cı il tarixində işinə başlayıb və 30 oktyabr 2026-cı il tarixinədək davam edəcək. Tədbir hazırda aktiv fazadadır. Sammit iştirakçıları biomüxtəlifliyin qorunması məsələlərini müzakirə edirlər. Halbuki Ermənistan 30 il müddətində işğal altında saxladığı Azərbaycan əraziərində aşkar şəkildə eko-genosid törədib. Bunu sübut edən təkzibolunmaz faktlar var. 
Onu da qeyd eədk ki, rəsmi Bakı bu tədbirə nümayəndə heyəti göndərməmək barədə qərar qəbul edib. Azərbaycan tərəfi tədbirdə fiziki olaraq iştirak etməsə də, ölkənin ekofəalları və QHT koalisiyaları platformadan kənar, rəqəmsal sahədə və beynəlxalq mediada aktiv fəaliyyət göstərirlər. Ölkəmizin ərazisndə Ermənistan tərəfindən törədilmiş eko-genosid haqqında məlumatlandırıcı plakatlar hazırlanıb və sosial mediada yayılıb. Azərbaycanın QHT koalisiyası sammit müddətində Ermənistanın Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekoloji cinayətləri və meşə qırğınlarını qlobal ictimaiyyətə çatdırmağa davam edəcək.
Ə.Bəydəmirli bildirdi ki, beynəlxalq icitmaiyyətin təkcə məlumatlandırılmasıyla işi bitmiş hesab etmək olmaz:
- Bu məsələ beynəlxalq məhkəmənin müzakirə predmetinə çevrilməlidir. Dünyada münaqişələr dövründə dəymiş ziyanın ödənilməsi ilə bağlı kifayət qədər metodologiyalar var. Biz həmin təcrübələrdən yararlanmalıyıq. İşğal dövründə Azərbaycana vurulan ziyanın ödənilməsi həm hüquqi, həm də mənəvi baxımdan zəruridir. Digər tərəfdən dəymiş ziyanla bağlı beynəlxaq məhkəmələr Ermənistanda baş qaldıran revanşistlərə, münaqişəyə meylli təbəqələrə davamlı təzyiq vasitəsinə çevrilməlidir. Azərbaycanın qeyri-hökumət təşkilatları, ekofəalları və media qurumları tərəfindən hazırlanan bu plakat və onunla bağlı geniş kampaniya məhz hazırda davam edən sammit müddətində beynəlxalq birliyin diqqətini Ermənistanın real ekoloji siyasətinə yönəltmək məqsədi daşıyır. Ermənistanın ekologiya mövzusunda qlobal tədbirə ev sahibliyi etdiyi bir vaxtda, Azərbaycan tərəfi onun Qarabağ və Şərqi Zəngəzurun təbiətinə vurduğu ağır ziyanları və törətdiyi eko-soyqırımı bu cür vizual materiallarla ifşa edir. Paradoks bundadır ki, Ermənistanda keçirilən COP17 meşələr, bitki və heyvan növlərinin qorunması ilə bağlıdır. Amma Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarında eko-genosid törədib. QHT Koalisiyası tərəfindən hazırlanmış plakatlarda Zəngilan və Kəlbəcərdə törədilən meşə qırğınları barədə məlumat verilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 22 Oktyabr 2026 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















