Icma.az
close
up
RU
ABŞ sülh razılaşmasına zəmanət verirsə, təhlükəsizliyə görə də məsuliyyət daşımalıdır ŞƏRH

ABŞ sülh razılaşmasına zəmanət verirsə, təhlükəsizliyə görə də məsuliyyət daşımalıdır ŞƏRH

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-də yaşayan jurnalist Alex (Ələkbər) Raufoğlu öz "X" hesabında ABŞ Prezidenti Donald Trampın bu cümə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edəcəyinin gözlənildiyini yazıb.

O bildirib ki, Bakı və İrəvan Vaşinqtonda sülh sazişi imzalama niyyətini bu həftə elan edə bilər. 

Ermənistan Baş nazirinin adminstrasiyası isə Nikol Paşinyanın ABŞ-yə mümkün səfəri ilə bağlı mətbuat və sosial şəbəkələrdə yayılan məlumatlara münasibətində informasiyanı nə təsdiq, nə də təkzib edib.


Mövzu barəsində politoloq Vaqif Hüseyn Sherg.az-a açıqlama verib:


"Əvvəllər də qeyd etmişdim ki, bir gün sülh müqaviləsi bağlanacaqsa bunun mümkün olaraq imzalanacağı yerlərdən biri Vaşinqton olacaq. Bu gün də eyni fikirdəyəm. Dünyadakı bütün sülh müqavilələri nədənsə həmişə ABŞ-də imzalanır. Bu, Amerikanın qlobal gücünü göstərir.  Bir çox məsələlərdə artıq prinsipial razılaşmaya gəlinib. Müəyyən dərəcədə bəzi detalları razılaşdırmaq qalıb. Bu gün sülh sazişinin imzalanmasına mane olan tərəflərin inadı və bir az da xarici amillərin təsir faktorudur. Burada əsas məsuliyyət Ermənistanın üzərinə düşür. Onun üzərinə düşən tələblər çox ciddidir. Azərbaycan minalardan qurtulmaq istəyir. Ermənistan Konstitusiyasında Qarabağa qarşı olan ərazi iddiası hələ də var".


Politoloq 2009-cu ildə Ermənistan-Türkiyə arasında imzalanan sülh pratakoluna da diqqət çəkib:

 "Xatırladım ki, 2009-cu ildə Ermənistan və Türkiyə arasında imzalanan sülh pratakollarını Ermənistan Konstitusiya məhkəməsi ləğv etdi. Onlar iddia etdilər ki, bu pratakollar Ermənistan Kanstitusiyasına uyğun deyil. Çünki kanstitusiyada bir başa olaraq Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları var idi. 

İndi də eyni qərarın çıxarılmayacağına heç kim qarantiya verə bilməz. Tez-tez gündəmə gətirilən məsələlərdən biri Ermənistanın əvvəlki Konstitusiyasına əsasən orada doğulmamış şəxslərin prezidentliyə namizədliyinin mümkünsüzlüyü idi. Lakin sonradan Konstitusiya dəyişdirildi və Qarabağ Ermənistanın bir hissəsi kimi təqdim olundu. Bunun nəticəsində Robert Köçəryanın prezidentliyə namizədliyinə şərait yaradıldı. Halbuki onun namizədliyinə qarşı 120-dən çox erməni vətəndaş etiraz edərək imza toplamışdı.

Bu kontekstdə Azərbaycan vətəndaşının sabah həmin ərazilərə gedərkən üzləşə biləcəyi risklər ciddi narahatlıq doğurur. Ermənistandakı hərbi polis və ya silahlı qruplardan qaynaqlana biləcək təhlükə realdır. Bununla bağlı konkret təminatlar verilməlidir. Bu məsələlər beynəlxalq səviyyədə, aydın və şəffaf şəkildə müzakirə olunmalıdır. Ən münasib platformalardan biri isə Vaşinqtondur".


Ekspert bildirib ki, ABŞ sülh razılaşmasına zəmanət verirsə, onun icrası və təhlükəsizliyə görə də məsuliyyət daşımalıdır:

"Əgər razılaşma ABŞ-nin vasitəçiliyi və himayəsi ilə baş tutursa, xarici təsirlərin neytrallaşdırılması və bölgədə sabitliyin qorunması da birbaşa onun öhdəliyinə çevriləcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Avqust 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri