Ekoloji çirklənmənin insan sağlamlığına vurduğu ziyanla bağlı müzakirələr aparılıb AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 18 noyabr, AZƏRTAC
COP29 çərçivəsində Milli QHT Forumu Pavilyonunda “Qan Donorları Assosiasiyası” İctimai Birliyi “Ekologiyanın insan sağlamlığında rolu” mövzusunda yan tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd ekoloji çirklənmənin insan sağlamlığına vurduğu ziyanı müzakirə etmək olub.
“Qan Donorları Assosiasiyası”nın rəhbəri Fuad Əsgərov mövzunun aktuallığından geniş söhbət açıb. Daha sonra uşaq inkişaf mütəxəssisi Dilşad Musa genofondun və ekologiyanın qorunmasında uşaqların və cəmiyyətin doğru maarifləndirilməsindən danışıb.
Türkiyəli araşdırmaçı-jurnalist Orhan Çınar ekologiyada insan və dinlərin yeri mövzusunda çıxış edib.
Tədbir Afrikalı Uşaqlar üçün Beynəlxalq Yardım Fondunun prezidenti xanım Angela Josephlanın, ekofəal Sərdar Yusifoğlunun, jurnalist Nəzərbəy Hacıağayevin və başqalarının müzakirələri ilə davam edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 18 Noyabr 2024 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















