Icma.az
close
up
RU
Ekoloq: Şikayət edəcəksiniz, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi rüşvət alıb keçəcək” VİDEO

Ekoloq: Şikayət edəcəksiniz, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi rüşvət alıb keçəcək” VİDEO

Icma.az bildirir, Mia.az portalına istinadən.

Ov mövsümünün bağlı olduğu dövrlərdə qanunvericiliyə əsasən çöl quşlarının ovlanması qadağan edilsə də, bəzi kafe və restoranlarda bu növ ətlərin açıq şəkildə təklif olunması ictimai narazılığa səbəb olur.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, Azərbaycanda uzun illər ov mövsümü faktiki olaraq tənzimlənməyib və qeyri-rəsmi ovçuluq geniş yayılıb. O, bu vəziyyətin istər çöl quşlarına, istərsə də digər heyvan növlərinə ciddi ziyan vurduğunu qeyd edib:

“Son illərdə hökumətin ov mövsümünü müəyyən çərçivəyə salması və icazəli ov ərazilərinin yaradılması çox müsbət addımdır”.

Ekoloq vurğulayıb ki, görülən tədbirlərə baxmayaraq, restoranlarda hələ də çöl quşlarının ətinin satılması problemin aktuallığını qoruduğunu göstərir:

“İstənilən vaxt müxtəlif restoranlara gedib çöl quşlarının ətini sifariş etmək mümkündür. Bu isə ov qadağalarının praktikada pozulduğunu sübut edir. Problemin kökündə yalnız nəzarət çatışmazlığı deyil, həm də mədəniyyət faktoru dayanır. Ənənəvi ovçuluqda yumurtlama və balalama dövründə ova son qoyulub və bu qaydalara ciddi əməl edilib. Hazırda isə qeyri-rəsmi ovçuluq korrupsiyaya şərait yaradır, şikayət mexanizmləri isə effektiv nəticə vermir. Harasa şikayət etməyin bir mənası yoxdur. Siz şikayət edəcəksiniz, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi gedib oradan rüşvət alıb keçəcək”.

Sonda Qorxmaz İbrahimli problemin həlli üçün dövlət səviyyəsində sərt qanunların qəbul edilməsinin, cəzaların ağırlaşdırılmasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzarət funksiyalarını real şəkildə icra etməsinin vacibliyini qeyd edib.

Ətraflı videomaterialda:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:17
embedMənbə:https://mia.az
archiveBu xəbər 22 Dekabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see313

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see196

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see157

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see150

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see147

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see139

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see132

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see132

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see131

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri