Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gəlirləri artıb
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
2024-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) gəlirləri 127,669 milyon manat, xərcləri isə 95,918 milyon manat olub.
"Cebheinfo.az" xəbər verir ki, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 6,4 % çox və 9 % azdır.
Ötən il ETSN-nin qeyri-birja əməliyyatlarından gəlirləri 106,211 milyon manat (əvvəlki ilə nisbətən 2,6 % çox), birja əməliyyatlarından gəlirləri 12,618 milyon manat (8,3 % az), sair əməliyyatlardan gəlirləri isə 8,84 milyon manat (3,3 dəfə çox) təşkil edib.
2024-cü ildə ETSN-nin əməkhaqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 2023-cü illə müqayisədə 6,1 % artaraq 75,711 milyon manat, maliyyə yardımları və sair transfer ödənişləri 265 min manat (əvvəlki il olmayıb), sərf etdiyi materialların dəyəri 2,8 % artaraq 6,682 milyon manat, amortizasiya xərcləri 10,4 % artaraq 7,515 milyon manat, sair əməliyyat xərcləri isə 3,6 dəfə azalaraq 5,745 milyon manat olub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 03 Sentyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















