Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Ekranda 44 gün, yaddaşda bir ömür

Ekranda 44 gün, yaddaşda bir ömür

525.az saytına istinadən Icma.az xəbər verir.

Əminə YUSİFQIZI
Əməkdar jurnalıst, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü

Cəmiyyətdə geniş müzakirə doğurmuş təqdimatından sonra "44" bədii filminə tamaşa etmək həvəsi çoxları kimi, məni də kinoteatra gətirdi. Halbuki bir qayda olaraq, filmləri evdə - televizorda izləməyə üstünlük verirəm. Amma indi düşündüm ki, bu kino o kinodan, yaxud o kinolardan deyil. Əvvəlcədən deyim ki, zənnimdə yanılmadım. Elə isə mətləbə keçim.

Bunu da əvvəldən deyəcəyəm və bu yazını oxuyanlardan səmimiyyətimə inanmalarını istəyəcəyəm. İnanın və əmin olun ki, bir tamaşaçı kimi uzun müddət "44" filminin təsirindən uzaqlaşa bilmədim. İstər-istəməz beynimdə suallar dolaşdı: biz bu torpaq, bu xalq uğrunda canından keçən igidlərimizin ruhu qarşısında olan borcumuzu yerinə yetiririkmi və ya nə dərəcədə yerinə yetiririk? Başqa bir sualım da budur: şəhidlərimizin əbədi məkanlarında rahat uyumaları, Vətənimizin azadlığı uğrunda sağlamlığını itirən övladlarımızın layiqli yaşamaları üçün daha nələri etməliyik?

Hesab edirəm ki, "44" filminin ilk məziyyəti tamaşaçını məhz bu suallarla üzləşdirməsi, onu izləyən hər bir kəsin düşüncələrdən keçərək tamaşaçıdan vətəndaşa çevrilməsi, 6 il əvvəl yaşananları məhz vətəndaşlıq duyğusu və təəssübü ilə dərk etməsidir. Qədirbilənliklə dolu belə duyğu və təəssübün özü də hər millətin nümayəndəsinə nəsib olmayan xoşbəxtlikdir.

Əslində, filmin necə gözəl alınmasından, aktyorların öz işinin öhdəsindən məharətlə gəlmələrindən, rolları canlandırmaq ustalığından, rejissor və operator işinin peşəkarlığından söz açmaq istəmirəm. Hər şeyin ideal olduğu düşüncəsindəyəm. Barələrində ağız dolusu danışmaq istədiyim isə igidlərimizdir. O igidlər ki, çətinliklərə və məhrumiyyətlərə sinə gərərək, Şuşanın sıldırım qayalarını özlərinə düzənlik bildilər, həmin sıldırımlara Vətən deyib onlarla qucaqlaşdılar, ölümün gözünün içinə dimdik baxaraq mümkünsüz görünənləri mümkün etdilər. Bu torpağın hər qarışını qorumaq, bayrağımızı ucalarda dalğalandırmaq üçün nələrə tab gətirmədilər?! Bu gün qazandığımız müqəddəs Zəfərin arxasında nə qədər qan, göz yaşı, ağrı, həsrət və fədakarlıq dayanır! "44" bu düşüncələrimi cilaladı, onlara yeni ahəng gətirdi.

Filmi seyr etdikcə onu da düşündüm ki, şəhidlərimizin xatirələrini yaşatmaq yalnız onları anmaqla bitmir. Ara-sıra ailələrinə baş çəkməklə də iş bitmir. Onların uğrunda can verdikləri dəyərləri qorumaq şərtdir. O dəyərlər ki, müstəqil, suveren Azərbaycanımızın məhək daşıdır. O dəyərlər ki, hər birimizin qarşısında keçmişə ehtiramımızı gələcək nəsillərə ötürmək kimi mənəvi borc müəyyənləşdirir. Nəhayət, o dəyərlər ki, dövlətimiz və dövlətçiliyimiz üçün təməldir.

Ağlımdan belə filmlərin sayının daha çox olmasının vacibliyi də keçdi, onların ideya xəttinin təbliği istiqamətində məqsədyönlü fəaliyyətin aparılmasının əhəmiyyəti də. Yəni "44" filminə və Vətən müharibəsinin ruhunu yaşadan digər yaradıcılıq nümunələrinə yalnız özümüz tamaşa etməməli, yaxınlarımızı, tanıdıqlarımızı, övladlarımızı bu əsərlərə baxmağa çağırmalıyıq. Çünki bu ekran əsərləri təkcə izlənilmir, həm də insanın yaddaşına, vicdanına hopur, Vətən sevgisini cilalayır, hər kəsi təpədən dırnağadək Vətən sevdalısına çevirir. Ona görə deyirəm: gedin, "44" filminə baxın!

Baxın ki, Qələbəmizin hansı fədakarlıqlar hesabına əldə edildiyinə daha dərindən bələd olasınız. Həm də ona görə baxın ki, bizə - Vətənimiz Azərbaycana rəğbətlə yanaşanların olduğu kimi, uğurlarımızı gözü götürməyən bədxahlarımız da var. O bədxahlara rəğmən, Vətən sevgimizi yüksək tutmalı, dövlətimizə bağlılıq hissini gücləndirməli, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməli, daim əli tətikdə dayanmalıyıq. Elə dövlətimizin başçısı da bunu deyir: "Biz proqnozlaşdırmamış dünyada yaşayırıq. Bu elə bir dünyadır ki, münaqişələr başlanır və bitmir. Belə olan şəraitdə biz hər zaman diqqətli olmalıyıq ki, potensial risklər nədən ibarətdir və özümüzü hər hansı potensial riskdən qorumalıyıq".

Əziz dostlar, iki saatdan artıq davam edən film başladı və bitdi. Kinoteatr alqış sədalarına qərq oldu. Mən də qeyri-ixtiyari ayağa qalxaraq bu qiymətli ekran əsərini ərsəyə gətirənləri minnətdarlıqla alqışladım. Hər kəs ayaq üstə idi - alqışlar səngimək bilmirdi. Bu mənzərənin içində tamaşaçıların simaları diqqətimi cəlb elədi. Çöhrələrdə qürur və fəxarətdən doğan sevinc, gözlərdə isə yaş parlayırdı. Sürəkli alqışlar yalnız filmin yaradıcı heyətinə yox, bu ekran əsərində canlandırılan qəhrəmanlara da ünvanlanmışdı.

Bu duyğuları yaşamaq, qəhrəmanlarmızın şücaətini bir daha dərindən hiss etmək üçün "44" filminə mütləq baxın və Azərbaycan Respublikasının vətəndaşı olmağınızla fəxr edin!..

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Oktyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri