Əkrəm Əylisli Avropanın nüfuzlu ədəbiyyat mükafatının finalında
Icma.az, Kulis.az portalına istinadən məlumat verir.
Avropa Yenidənqurma və İnkişaf Bankının 2026-cı il Ədəbiyyat Mükafatının namizədləri müəyyənləşib. Namizədlər arasında yazıçı Əkrəm Əylislinin “Adamlar və ağaclar” trilogiyası da yer alıb.
Bu barədə Kulis.az-a müəllif özü məlumat verib.
Müsabiqənin finalına çıxan digər iki yazıçıdan biri Polşadan, digəri isə Misirdəndir.
Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankının 2016-cı ildə təsis etdiyi bu ədəbiyyat müsabiqəsi Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinin ədəbiyyatını tanıtmaq məqsədi daşıyır. Azərbaycanlı yazıçının belə nüfuzlu mükafata namizəd göstərilməsi Avropada ölkə ədəbiyyatına marağın artdığını göstərir.
Xatırladaq ki, Ə. Əylislinin ötən əsrin sonlarında qələmə aldığı trilogiya amerikalı şair və tərcüməçi Ketrin Yanq tərəfindən 2025-ci ildə ingilis dilinə tərcümə olunub.
Müəlliflərin və tərcüməçilərin iştirak edəcəyi mükafatlandırma mərasimi iyulun 2-də Londonda keçiriləcək.
“Akinak” filminin premyerası keçirildi Rəssamın əsərlərindən icazəsiz istifadə edən iki nəşriyyat - Bizdə elm, sənət niyə inkişaf etmir? Güllələrə sinə gərən təbəssüm: Üsyanın və sevginin peyğəmbəri Bob Marli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 14 May 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















