Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransada qan məhsullarının saxlandığı soyuq anbarlar kiberhücuma məruz qalıb.
AZXEBER.COM xarici mediya istinadən xəbər verir ki, hücum edən şəxslər normalda −30°C temperaturda işləyən soyutma sistemlərinin göstəricilərini 110°C-yə qədər yüksəldiblər.
Hadisə nəticəsində xəstələrə çatdırılmalı və dərman istehsalında istifadə olunmalı plazmaların da saxlandığı üç müəssisə zərər görüb.
Lakin xəbərdarlıq sistemlərinin vaxtında işə düşməsi və texniki işçinin müdaxiləsi sayəsində məhsulların məhv olmasının qarşısı alınıb. Fransa Qan İnstitutu (EFS) heç bir qan məhsulunun itirilmədiyini açıqlayıb.
Bununla belə, sözügedən hücumlar təkcə bir hadisə ilə məhdudlaşmır.
Oktyabr ayında Fransada 700-dən çox marketin soyutma sistemləri oxşar kiberhücumlara məruz qalıb. Nəticədə yararsız hala düşən ərzaq məhsulları məhv edilib.
Noyabrın əvvəlində isə hücumlar Avropanın azı 11 ölkəsinə yayılıb. Marketlərin soyuducu və dondurucularının temperatur parametrləri məsafədən dəyişdirilib. Bəzi müəssisələrdə ərzaq məhsullarının atılması zərurəti yaranıb.
Hələlik hücumların arxasında kimin dayandığı müəyyən edilməyib.
Bu mövzuda digər xəbərlər:Fransada dövlət qurumuna kiberhücum
21 Aprel 2026 17:55
Fransada hakerlər qan bankının soyuducu idarəetmə sistemini sındırıblar
04 Noyabr 2026 20:55
Fransada kiberhücum nəticəsində poçtlar onlayn xidmətləri dayandırıb
23 Dekabr 2025 13:43
Fransada misilsiz kiberhücum: Hakerlər yüzlərlə mağazadakı soyuducuları yandırdı
13 Oktyabr 2026 10:13
Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir
12 Oktyabr 2026 16:59
Baxış sayı:126
Bu xəbər 04 Noyabr 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















