Icma.az
close
up
RU
Əkrəm Həsənov: “ABŞ İsrail həmləsi qarşısında Rusiya və Türkiyənin duruş gətirməsi bizim üçün olduqca vacibdir”

Əkrəm Həsənov: “ABŞ İsrail həmləsi qarşısında Rusiya və Türkiyənin duruş gətirməsi bizim üçün olduqca vacibdir”

Icma.az bildirir, Pravda.az portalına istinadən.

ABŞ-ın da nəhayət İranı bomblaması ilə 1-ci sezon bitdi. ABŞ və İsrail deyir ki, İranın nüvə silahı üzrə obyektlərini tam məhv ediblər. Bu isə o deməkdir ki, ən azı ABŞ və İsrail məqsədlərinə nail olub və, deməli, müharibəyə son qoymalıdırlar. İran deyir ki, obyektləri salamatdır və cavab verəcək. Deməli, İran müharibəni davam edəcək.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

Ə.Həsənovun sözlərinə görə, İranın ABŞ qarşısında zəif olması bəlli idi: “Bəlli olmayan o idi ki, sən demə, İranın daxilində xəyanətin səviyyəsi olduqca yüksəkdir. Əks halda, İsrail asanlıqla onun rəhbər vəzifəli şəxslərini məhv edə bilməzdi. Bu isə ondan xəbər verir ki, İran rejimi indi hərbi müdaxilə nəticəsində devrilməsə də, tədricən daxildən tənəzzülə məhkumdur. İsrailin əlahiddə hərbi qüdrəti təsvir edildiyi kimi deyil. ABŞ olmadan İran kimi rəqib üzərində qələbə çala bilməz. İsrailin “Dəmir Qübbə”si keçilməz deyilmiş. Bu isə o deməkdir ki, ABŞ büdrəyən kimi qonşuları əvvəl-axır İsraili məhv edəcəklər. Buna görə də İsrail ABŞ özünə daha çox bağlamağa və rəqiblərini (Türkiyə, ərəb ölkələri və s.) bir-bir sıradan çıxarmağa çalışacaq. ABŞ daha dünyanı yumşaq güclə yönəldə bilmir. Tramp bəyan etdiyinin ziddinə olaraq müharibəyə başlamalı oldu. Özü də beynəlxalq hüququ yenə ayaqladı. Bundan sonra nə ABŞ-a, nə də xüsusilə Trampa heç kəs etibar edəcək. Əksinə, Tramp bu əməli ilə o cümlədən Çin və Rusiya üçün də istənilən zoru tətbiq etməyə tam qapı açmış oldu. Artıq heç bir oyun qaydaları yoxdur. Hamının hamıya qarşı müharibəsi erası başladı. Yeni erada əksər ölkələr üçün məhz ABŞ və İsrail ən böyük təhlükədir. Bu iki dövlət yerli əhalini məhv edərək onun ərazisində yaranmış qəddar dövlətlərdir (müqayisə üçün Osmanlı Bizansı fəth edəndə yerli əhalini qırmadı, əksinə, bugünkü türkiyəlilərin böyük hissəsi mənşəcə elə bizanslılardır). ABŞ nüvə silahını tətbiq etmiş yeganə dövlətdir. Bunu təkrar etməkdən çəkinməyəcək də. İsrail də. Hər ikisi son 80 il ərzində ən çox hərbi cinayət törətmiş dövlətlərdir. Regionda ortada iki digər böyük güc qalır: Rusiya və Türkiyə. Rusiyanın nüvə silahı var deyə özünü qismən təhlükəsiz hiss edə bilər. Amma hər bir halda bundan sonra daha da hərbiləşəcək və amanszılaşacaq. Türkiyənin nüvə silahı yoxdur, buna görə də böyük ehtimalla ABŞ-İsrail cütlüyünün növbəti hədəfidir. NATO-MATO – hamısı boş şeydir. Oyun qaydaları yoxdur artıq. İranın nüvə silahı proqramı bəhanə idi. Əsas məram iqtisadidir. Resurslar uğrunda amansız mübarizə gedir. Buna görə də bizə həmişə olduğu kimi balanslaşdırılmış mövqe və siyasət lazımdır. ABŞ-İsrail həmləsi qarşısında Rusiya və Türkiyənin duruş gətirməsi bizim üçün olduqca vacibdir. İran rejimi çöksə və yeni İran da ABŞ-ın vassalı olsa, vəziyyət daha da çətin olacaq. Bir sözlə, 2-ci sezona qədəm qoyduq...”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://pravda.az
archiveBu xəbər 22 İyun 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail höküməti orduya əmr verdi: İranın Məşhəd və Təbriz şəhərləri...

21 İyun 2025 00:49see151

Bəzi balıqlar necə elektrik istehsal edir?

22 İyun 2025 00:51see124

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

22 İyun 2025 02:32see120

“Bütün Ukrayna bizimdir” Putindən ŞOK AÇIQLAMALAR

20 İyun 2025 23:30see120

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

22 İyun 2025 08:27see119

Putin: İrandakı vəziyyətə baxmayaraq, Buşehr AES də işləri davam etdiririk

20 İyun 2025 21:11see117

Xabi Alonso Real Madrid də dronlardan istifadə edir

22 İyun 2025 04:09see116

KİV: İsrail İran ABŞ razılaşmasını gözləmək niyyətində deyil

22 İyun 2025 01:15see116

Bakıda UFC gecəsi Yenilənir

22 İyun 2025 00:18see115

Məhəmməd Nayimov Bakıda rəqibini məğlub etdi

21 İyun 2025 23:55see115

BDU nun dekan müavini vəfat etdi

21 İyun 2025 23:45see115

Hərbi texnikalar Ermənistandan Qarabağa belə gətirilib... Saakyan təsdiqlədi

21 İyun 2025 21:26see114

Virts tibbi müayinədən keçdi, Kerkez də yol üstədi

22 İyun 2025 00:31see113

Taqir Ulanbekovdan çətin qələbə

21 İyun 2025 21:18see113

Tramp: Fordo artıq yoxdur

22 İyun 2025 05:39see113

Antarktida yeni dəniz canlıları kəşf etdi

21 İyun 2025 22:43see112

“Əşrəf Röya”da toy var: Demet Özdemir nikah şahidi oldu

22 İyun 2025 03:05see112

Qəza kilometrlərlə tıxaca səbəb oldu FOTO

22 İyun 2025 00:36see111

Hidayət Heydərovun növbəti uğuru

20 İyun 2025 23:50see110

Belarus müxalifətinin liderinin həyat yoldaşı Sergey Tixanovski azadlığa buraxılıb

21 İyun 2025 18:05see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri