Icma.az
close
up
RU
Hər şey “plan üzrə” gedir...

Hər şey “plan üzrə” gedir...

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


İsrailin təhlükəsizliyini təmin etmək ABŞ-nin Böyük Orta Şərq regionundakı siyasətinin təməl vəzifələrindəndir. Vaşinqtondakı azömürlü administrasiyaların cari prioritetlərindən asılı olmayaraq, bu bölgəyə cavabdeh olan ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən aparılan uzunmüddətli strategiya var. CENTCOM sırf hərbi və kəşfiyyat xarakterli işlər görmür, siyasi-diplomatik müstəvilərdə də fəaliyyət göstərir. Strategiyanın əsas istiqaməti ondan ibarətdir ki, geniş Orta Şərq bölgəsində İsrailə təhdid yaradan hər hansı dövlət və qeyri-dövlət aktor mövcud olmamalıdır. Bu cür dövlətlər zəiflədilir və (və ya) çökdürülür.
İran öncə Səddam rejiminin süqutunun, sonra “ərəb baharı”nın yaratdığı fürsətlərdən bölgədə öz nüfuzunu yaymaq naminə yararlansa da, bunun qısamüddətli fürsət pəncərəsi olduğu, əvvəl-axır qapanacağı və İranın özünün hədəfə çevriləcəyi aydın idi. Nəticədə İraq, Liviya və Suriyadan sonra növbə İrana çatdı.
Gördüyümüz kimi, “Rusiya və Çin İrana hücum edilməsinə imkan verməz, 3-cü dünya savaşı başlayar” kimi fikirlər əsassız, “Pakistan söz verib ki, öz nüvə gücü ilə İranın arxasında olacaq” iddiaları isə gülünc idi. İran yalnızlığa məhkum durumdadır.
Növbənin yetişməsi İranda dərhal rejim dəyişikliyi olacağı, yaxud ölkənin tezliklə dağılacağı anlamına gəlməz. İsrail və ABŞ bombardmanları nəticəsində İranın nüvə proqramının tamamilə məhv edilib-edilmədiyi də xüsusi vacib məsələ deyil. Bu, təfərrüatdır. Önəmli məqam budur ki, İranın “zirehi” dəlindi və ona toxunuldu. Məsələnin çətin olan tərəfi (İranın düşmənləri üçün) məhz bu idi və bu psixoloji baryer aşılmış oldu. Əgər düşmən təyyarələri ölkəniz və paytaxtınız üzərində demək olar ki, maneəsiz uçursa, bu o deməkdir ki, sizin bundan sonrakı taleyiniz onun insafına qalmış olur. Sabah müharibə dayansa belə, İsrail (hökümətdə kim olursa olsun) İranın toparlanmasına imkan verməməyə çalışacaq və özü üçün təhlükə hiss etdiyi anda nöqtə əməliyyatlara, aviazərbələrə davam edəcək. Belə bir vəziyyət – əgər bütün tərəfləri qane edəcək bir razılaşma imzalanmasa – rejimin tədrici deqradasiyası üçün zəmin yarada (İraq və Suriyadakı kimi illərə yayılmış şəkildə), ehtimal olunan kütləvi xalq etirazları isə rejimin iflası yolunda katalizator rolunu oynaya bilər.
Ümid etmək istərdim ki, İranda hadisələr Suriya ssenarisi üzrə inkişaf etməz, çünki bu, ilk növbədə İrandakı soydaşlarmız və dost xalqlar, digər tərəfdən isə bütün bölgə üçün faciəli nəticələrə gətirib çıxaracaq. Amma əlbəttə ki, praqmatik yanaşma və strateji ağılla hər cür ssenariyə hazır olmaq lazımdır.
Şahin Cəfərli, politoloq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 22 İyun 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see311

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see295

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see274

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see268

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see264

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see258

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see256

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see246

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see232

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see225

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see215

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see214

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see211

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see210

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see209

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see209

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see207

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see189

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see178

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri