Icma.az
close
up
RU
Azərbaycan quru sərhədlərini bağlı saxlamaqla ciddi təhlükələrdən sığortalanıb RƏY

Azərbaycan quru sərhədlərini bağlı saxlamaqla ciddi təhlükələrdən sığortalanıb RƏY

Icma.az bildirir, Apa.az portalına istinadən.

Azərbaycan quru sərhədlərini bağlı saxlamaqla bir çox ciddi təhlükələrdən sığortalanıb.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, Prezidenti İlham Əliyev çıxışlarında bildirib ki, quru sərhədlərinin bağlı qalması ilk illər xüsusi karantin rejimi ilə bağlı olsa da, hazırda daha çox təhlükəsizliklə əlaqəlidir: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi sərhədlərimizin bağlı olması bizi xarici risklərdən qorudu, Azərbaycanda daxili risklər yox səviyyəsindədir. Milli təhlükəsizlik öndə olmalıdır. Bu, taktiki tədbir deyil, strateji xətdir və bunun bir yox, bir neçə səbəbi var, sadəcə, zəruri olan qədəri cəmiyyətə açıqlanır. Hər kəsə məlumdur ki, Azərbaycanın qonşuluğundakı iki böyük dövlət müharibə vəziyyətindədir, ona görə də ölkəmizə kütləvi qaçqın axını ola bilər. Rusiya 3 ildən artıqdır ki, Ukraynada son 80 illik tarixinin ən qanlı, ən şiddətli müharibəsini aparır. İran isə hər saat ABŞ və İsrail tərəfindən münaqişəyə cəlb oluna bilərdi və hazırda gördüyümüz mənzərə bunu təsdiqlədi. 44 günlük müharibə, onun nəticələrindən narazı qalan, Azərbaycanın daxilini qarışdırmaqla hədələyən dairələrin də mövcudluğunu da nəzərə almalıyıq”.

Deputat Vüqar İskəndərov qeyd edib ki, dünya çalxalanır, baş verən proseslərin hər biri gözümüzün önündədir: “Hazırda hansı ölkələrin lideri güclüdür və qətiyyətlidirsə, həmin ölkələr bu gün bir çox fəsadlardan, problemlərdən qurtulmuş olur. Ölkəmizdə quru sərhədlərin bağlı qalması baş verən hadisələrin fonunda nə qədər düzgün və doğru addım atıldığını bariz nümunə kimi ortaya qoyur. Azərbaycan quru sərhədlərini bağlı saxlamaqla görünən və pərdə arxasında qalıb görünməyən bir çox təhlükələrdən ciddi surətdə xilas ola bilib. Dövlət bütün vacib addımları atıb ki, ölkəmizin təhlükəsizliyi qorunsun. Hazırda qonşumuzda baş verən İsrail-İran qarşıdurması və münaqişənin daha da böyüməsi quru sərhədlərin bağlı qalması ilə ölkəmizin təhlükəsizliyinə nə qədər həssas yanaşıldığını bir daha ortaya qoyur. Baş verən hadisələr fonunda ölkəmiz stabillik adasına çevrilib. Bütün bunlar Azərbaycanın gücünü, qüdrətini və düzgün atılmış addımların, uğurlu siyasətin nəticəsini hər birimizə göstərir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 İyun 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri