Icma.az
close
up
RU
Əkrəm İmamoğlu Bakıdan paylaşım etdi

Əkrəm İmamoğlu Bakıdan paylaşım etdi

İstanbul Böyük Şəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu Azərbaycandadır.

O, COP29 da iştirak edir.

O, Bakıda ümummilli lider Heydər Əliyevin məzarını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.

Ə.İmamoğlu COP29-un Braziliya, Yaponiya və Albaniyadan olan nümayəndələrlə ətraf mühit və sosial məsələlərlə bağlı panelinə qatılıb.

Türkiyənin ana müxalifət partiyasından bələdiyyə başqanı Bakıdakı Bayraq Meydanından çəkdirdiyi şəkli öz sosial şəbəkə hesablarında paylaşıb: "Can Azərbaycandan İstanbul və Türkiyə üçün xoş arzular. Əməkdaşlıq görüşlərindən sonra Bayraq Meydanından" qeydini yazıb.

seeBaxış sayı:72
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri