Icma.az
close
up
RU
Mənəvi dəyərlərlə zəngin həyat yolu

Mənəvi dəyərlərlə zəngin həyat yolu

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

2025-ci il aprelin 15-də Azərbaycan tibb elminin parlaq siması, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əbədiyyətə qovuşmasından 40 il ötür. Bu gün biz yalnız böyük bir alimin yox, həm də müdrik bir ziyalının, vətəninə sədaqətli bir övladın, əsl Azərbaycan qadınının parlaq xatirəsini ehtiramla yad edirik.

Zərifə xanım Əliyeva mənalı və zəngin ömür yolu keçmiş, elmi nailiyyətləri, pedaqoji fəaliyyəti, ictimai mövqeyi ilə daim örnək olmuşdur. Onun xarakterinə xas olan səmimilik, alicənablıq, tələbkarlıq, xalqına və vətəninə sonsuz məhəbbət kimi keyfiyyətlər onu təkcə görkəmli bir alim deyil, həm də yüksək mənəviyyat sahibi kimi tanıtmışdır.
Görkəmli dövlət xadimi və səhiyyə təşkilatçısı Əziz Əliyevin ailəsində dünyaya gələn Zərifə xanım, artıq gənc yaşlarından elmə və insanlara xidməti həyatının başlıca məqsədinə çevirmişdir. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1947-ci ildə oranı fərqlənmə ilə başa vurmuşdur. Təhsilini Moskva şəhərində davam etdirərək oftalmologiya sahəsində ixtisaslaşmış, 1953-cü ildə aspirantura təhsilini uğurla tamamlamışdır.
Elmi fəaliyyətinin əsas mərhələləri Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutu və Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olmuşdur. Burada o, elmi işçidən kafedra müdirliyinə qədər yüksəlmiş, ölkəmizdə oftalmologiya elminin inkişafına əvəzsiz töhfələr vermişdir. Peşə xəstəliklərinin, xüsusilə sənaye sahələrində yaranan göz patologiyalarının profilaktikası və müalicəsi üzrə apardığı araşdırmalar tibb sahəsində mühüm yeniliklərə yol açmışdır.
Zərifə xanım Əliyeva “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi dəyərli əsərlərin, 12 monoqrafiya və 150-dən çox elmi məqalənin müəllifi olmuş, bir ixtira və 12 səmərələşdirici təklifə imza atmışdır. Elmi araşdırmaları və oftalmologiya sahəsində verdiyi töhfələr 1981-ci ildə onu SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görmüşdür. 1983-cü ildə isə o, Azərbaycan SSR EA-nın akademiki seçilmişdir.
Görkəmli alim həm də ictimai fəaliyyəti ilə seçilmiş, bir sıra nüfuzlu qurumların üzvü olmuş, Azərbaycan və beynəlxalq tibb ictimaiyyətində yüksək nüfuz qazanmışdır. Onun elmi irsi bu gün də Azərbaycan tibb elminin parlaq səhifələrində öz layiqli yerini qoruyub saxlayır.
Zərifə xanım Əliyeva, bütün bu elmi uğurlarla yanaşı, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı kimi də yaddaşlara həkk olunub. O, həyatını xalqına və dövlətinə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin ən yaxın silahdaşı kimi, bütün fəaliyyətində yüksək mənəvi dəstək göstərmişdir.
Bu gün akademik Zərifə Əliyevanın adını daşıyan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu onun zəngin elmi irsini yaşadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial yönümlü siyasət, xüsusilə səhiyyəyə göstərilən diqqət və qayğı da Zərifə xanımın davamçısı olduğu humanist dəyərlərin dövlət səviyyəsində yaşadılmasının bariz nümunəsidir.
Görkəmli alim, vətənpərvər ziyalı, əziz insan Zərifə xanım Əliyevanın əziz xatirəsi daim qəlblərdə yaşayacaq, onun elmi və mənəvi irsi gələcək nəsillər üçün örnək olaraq qalacaqdır.

Azər Süleymanov
YAP Nəsimi rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Aprel 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri