ABŞ ın maliyyə naziri Çinlə ticarət əlaqələrinin kəsilməsini istisna etməyib
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
ABŞ-ın maliyyə naziri Skott Bessent idxal tariflərinin qarşılıqlı artırılması fonunda Birləşmiş Ştatlar və Çin arasında ticarət əlaqələrinin pozulacağını istisna etməyib.
AZƏRTAC xəbər verir ki, Skott Bessent bu barədə “Bloomberg TV”yə müsahibəsində deyib.
Nazir iki ölkə arasında razılaşmanın əldə edilə biləcəyini söyləsə də, Çinlə razılaşmanın digər ölkələrlə müqayisədə daha çətin olacağını vurğulayıb: “Çin həm bizim ən böyük iqtisadi, həm də ən böyük hərbi rəqibimizdir”.
Pekin ötən həftə ABŞ-dan idxal olunan məhsullara əlavə rüsumlar tətbiq etdiyini açıqlayıb. Çinin Ticarət Nazirliyi ABŞ-ın ÇXR-ə qarşı həddən artıq yüksək tariflərinin iqtisadiyyat üçün praktiki əhəmiyyət kəsb etməyən “rəqəmlər oyununa” çevrildiyini bildirib.
Bir müddət öncə ABŞ Prezidenti Donald Tramp özünün sosial media hesabında heç kimin, əsasən də Birləşmiş Ştatlara daha pis münasibət göstərən Çinin cəzasız qalmayacağını yazıb.
Qeyd edək ki, hazırda Vaşinqtonun Çindən tədarük olunan məhsullara tətbiq etdiyi rüsumlar 145 faiz təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 15 Aprel 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















