Əkrəm İmamoğlu həbsdən xəstəxanaya aparılıb Zülmü unutmayacağıq
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dörd aydır istanbulda Silivri Həbsxanasında saxlanılan şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun səhhətində problem yaranıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün o, təcili yardım maşını ilə belindəki ağrılar səbəbilə xəstəxanaya aparılıb.
Məlumata görə, İmamoğlu müayinə olunduqdan sonra həbsxanaya qaytarılıb.
CHP İstanbul təşkilatının sədri Özgür Çelik faktə təsdiq edib: "125 gündür Silivridə haqsız yerə həbsdə olan Əkrəm bəzi səhhətində problem olduğu üçün xəstəxanada müayinədən keçib. Sağlamdır, narahat olmayın, hamınıza salamlarını çatdırır. Bu haqsız zülmü unutmayacağıq və səbrimizlə aşacağıq!".
Firudin Səfərli
MİA.AZ
Baxış sayı:76
Bu xəbər 25 İyul 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















