Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu və digərlərinin “casusluq işi” üzrə məhkəməsi başlayıb.
NTV-nin xəbərinə görə, məhkəmənin ilk iclası bu gün Silivridə, 25-ci İstanbul Ağır Cinayət Məhkəməsində keçirilib.
Eyni zamanda, Əkrəm İmamoğlu və təqsirləndirilən Necati Özkanın "mütəşəkkil cinayətkar dəstə yaratmaq” ittihamı ilə bağlı digər məhkəmə prosesi bu gün digər zalda keçirilir.
Qeyd edək ki, ötən ilin oktyabrında Əkrəm İmamoğlu, İmamoğlunun seçki kampaniyasının rəhbəri Necati Özkan və jurnalist Merdan Yanardağa qarşı casusluq ittihamı ilə istintaq başladılıb.
Xatırladaq ki, Əkrəm İmamoğlu ötən ilin martında İstanbul Böyük Şəhər Bələdiyyəsində başlanan araşdırma çərçivəsində saxlanılıb. İmamoğlunun evində axtarış aparılıb, sonra o, tibbi müayinəyə aparılıb. Bu işlə bağlı ümumilikdə 100-dən artıq şəxs saxlanılıb.
Əkrəm İmamoğlu 2019-cu ildə Cümhuriyyət Xalq Partiyasının namizədi olaraq İstanbul Böyükşəhər Bələdiyyə sədri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 11 May 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















