Icma.az
close
up
RU
Əks urbanizasiya prosesi necə təmin edilə bilər? KÜNCDƏN BAXIŞ

Əks urbanizasiya prosesi necə təmin edilə bilər? KÜNCDƏN BAXIŞ

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Elçin Bayramlı

Son illərdə böyük şəhərlərə köç artmaqda davam edir. İnsanlar daha yaxşı iş, təhsil və həyat şəraiti üçün regionlardan paytaxta və iri şəhərlərə köç edirlər. Lakin bu axın yalnız üstünlüklər gətirmir, eyni zamanda bir sıra sosial problemlər də yaradır. Artan kirayə haqları, yüksələn yaşayış xərcləri, uzun və sıxlıq insanların gündəlik həyatını çətinləşdirir. Bu həm fiziki, həm də emosional yorğunluğa səbəb olur və sosial münasibətlərə təsir göstərir.

Ümumiyyətlə, urbanizasiya-şəhərləşmə prosesi bütün dünyada və bütün ölkələrdə baş verir. Bu proses nəhəng şəhərlərin yaranmasına səbəb olur. İnsanların regionlardan, xüsusilə ucqar ərazilərdən böyük şəhərlərə axını müşahidə olunur. Bunun səbəbi böyük şəhərlərdə iş, karyera, müxtəlif təhsil və fəaliyyət sahələri üzrə daha çox imkan və dəstəyin olmasıdır. Bu səbəbdən insanlar böyük şəhərlərə köç edirlər. Lakin bu proses eyni zamanda müəyyən problemlər də yaradır. Şəhərlərdə sıxlıq meydana gəlir. Həm nəqliyyatın fəaliyyəti, həm də piyadaların hərəkəti gərginləşir. Kommunal xidmətlərdə problemlər ortaya çıxır. Şəhərlərə çox sayda insanın köçməsi iş bazarında rəqabəti artırır və mövcud iş yerləri tələbatı tam qarşılamır.

Belə şəhərlərdə əhali sayı artdıqca, təbii olaraq qiymətlər yüksəlir: evlərin qiyməti, kirayə haqları, məhsulların və xidmətlərin qiymətləri artır. Çünki tələbat çox olur və təklif onu tam qarşılaya bilmir. Nəticədə bazar qanunlarına uyğun olaraq qiymətlər bahalaşır və gündəlik həyat çətinləşir.

Yüksək xərclər insanların gündəlik həyatını və sosial münasibətlərini də çətinləşdirir. İnsanlar işə gedib-gəlmək üçün vaxtlarının böyük hissəsini yollarda, nəqliyyat vasitələrində keçirirlər. Bu da sosial münasibətlərin zəifləməsinə səbəb olur, çünki qohumlar və dostlarla əlaqə saxlamaq üçün vaxt azalır. Şəhər həyatı daha gərgin, daha əsəbi və stresli olur. Bu isə həm vaxt baxımından ciddi problemlər yaradır, həm də insan sağlamlığına da zərər verə bilir.

Regionlarda yaşamağı daha əlçatan etmək lazımdır ki, həm sosial-mədəni inkişaf baxımından, həm iqtisadi dövriyyə və iqtisadi aktivlik baxımından, həm də müxtəlif güzəştlər hesabına insanlar orada qalmaqda maraqlı olsunlar. Məsələn, vergi güzəştləri və buna bənzər imkanlarla regionlarda yaşayanların orada qalması, eləcə də başqa yerlərdə yaşayan insanların regionlara gedib iş qurmağa maraq göstərməsi mümkündür.

Bakı şəhəri təxminən 5 milyona yaxın insanın yaşadığı və çalışdığı bir məkandır. Ölkə əhalisinin yarısı burada cəmləşib. Amma bu problemi həll etmək mümkündür. Regionların inkişafını təmin etməklə- regionlarda iş yerləri, sosial obyektlər və yeni imkanlar yaradıldıqca, əks-axın baş verə bilər.

Bizdə regionların inkişafı ilə bağlı proqramlar var. Hökumət daha böyük proqramları həyata keçirməklə regionlarda, xüsusilə Qarabağ və Şərqi Zəngəzur ərazilərində böyük imkanlar təmin edə bilər. Yaxın illərdə yarım milyon insanın bu ərazilərdə məskunlaşmasını təmin etmək mümkündür. Bu isə iri şəhərlərdə yüksək xərclərin insanların gündəlik həyatını, yaşayışını və sosial münasibətlərini çətinləşdirməsinin qarşısını müəyyən qədər ala bilər.

Buna görə də, regionlara daha çox xarici və daxili investisiyalar cəlb olunmalı, iş adamlarına güzəştlər verilməlidir. Xüsusilə aqrar sektorda bu təşviqlər vacibdir. Kommunal xidmətlərdə və digər sahələrdə də müəyyən güzəştlər tətbiq edilməlidir.

İnsanların paytaxtdan regionlara köç etməsi stimullaşdırılmalıdır. Böyük şəhərlərdə əhali sıxlığı azaldılmalı, kənd və rayonlardan köç etmiş insanlar yenidən öz bölgələrinə qayıtmağa həvəsləndirilməlidir. Bütün bu məsələlər kompleks şəkildə həll olunmalıdır.

Əgər bu tədbirlər həyata keçirilərsə, iri şəhərlərdə sıxlıq azalacaq, gündəlik həyat asanlaşacaq və insanlar regionlarda da rahat yaşayacaqlar. Artıq 2030-cu il üçün qəbul edilmiş milli prioritetlər və görülən işlər göstərir ki, ölkə əhalisinin balanslı paylanması, regionların inkişafı və iqtisadi imkanların tarazlı şəkildə bölüşdürülməsi uzunmüddətli perspektivdə davamlı inkişafı təmin edəcək. Gələcək illərdə bu dəyişikliklərin gündəlik həyatımızı necə formalaşdıracağını izləmək maraqlı olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Dekabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri