Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Niyə və necə dəyişdik? KÜNCDƏN BAXIŞ

Niyə və necə dəyişdik? KÜNCDƏN BAXIŞ

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elçin Bayramlı

Son vaxtlar maddi dəyərlər mənəvi dəyərləri üstələməkdədir. İnsanlarda depressiya, stress artıb. Hiyləgərlik üsulları xeyli rəngarəngləşib və təkmilləşib. Ümumi cəmiyyət maraqları şəxsi maraqlara qurban verilir. Əsas məqsəd çoxlu pul qazanmaq, vəzifə, şöhrət əldə etmək və özünü başqalarından üstün göstərmək üzərində fokuslanıb. Qanunu, qaydanı pozmaq üstünlük sayılır, başqalarından fərqlənmək (bu, hətta pis şeylərdə olsa belə) azarı gənclər arasında geniş yayılır.

Hətta gərgin münasibətlər ətraf mühitdən ailə daxilinə keçib və məhz bu səbəbdən münaqişələrin, boşanmaların və ailədaxili qətllərin sayı artır. Böyük sözünü vecinə alan da yoxdur. Bir çox gənclər açıqca deyirlər ki, biz hər şeyi bilirik və doğru edirik, siz yaşlı nəsil heç nə bilmirsiniz və səhv edirsiniz. Lakin reallıq bütün dövrlərdə və bütün ölkələrdə olduğu kimi tam əksini göstərir.

Əvvəllər milli-mənəvi dəyərlərimiz həyatımızın əsas sütunu idi. El arasında yazılmamış qanunlar adlandırılan ictimai davranış kodeksləri var idi və buna əməl olunurdu. İnsanlar bir-biri ilə ədəb-ərkanla davranır, böyük-kiçik, qadın-kişi yeri bilinirdi. İctimai yerlərdə şit hərəkətlər, ucadan mahnı oxutmaq, dar keçidlərdə yolu kəsərək söhbətləşmək və ya zarafatyana süpürləşmək, ucadan danışmaq, hara gəldi zibil atmaq, avtobusda sürücü ilə söyüşmək… yəqin ki, heç kimin ağlına belə gəlmirdi.

21-ci əsrə keçid sanki başqa bir dünyanı gətirdi. Pul və vəzifə uğrunda amansızcasına mübarizə mənəvi dəyərləri tədricən arxa plana keçirdi. Təhsilə, elmə, mədəniyyətə marağı əyləncənin əvəz etməsi, ağsaqqal-qarasaqqal münasibətlərinin çərçivədən çıxması, TV-lərdən şou, serial və kriminal verilişlərlə kütləvi əxlaqsızlaşma, psixotron terror, davamlı reklam təcavüzü ilə zövqlərin, xüsusiyyətlərin, davranışların, dəbin hansısa şübhəli xarici mərkəzlərdən formalaşdırılması… siyahı təəssüf ki, xeyli uzundur. Bu psixotron terror mənəvi zombiləşmənin əsasını qoymaqdadır.

Bu tendensiya real həyatdan indi də virtual həyata keçib. Sosial şəbəkələrdə təhqir, böhtan, şantaj yalan xəbər yayıb çoxlu izləyici əldə etmək və pul qazanmaq daha ayıb sayılmır. İnternet saytlarda biabırçılıq baş alıb gedir. Televiziyalar daha çox mənfi şeyləri təbliğ edir, maddi dəyərlərin mənəvi dəyərlərdən üstün olduğunu “göstərirlər” (burada əlbəttə dövlət və ictimai televiziya kanallarını istisna etmək lazımdır, onlar hələ də televiziyanın funksiyasını unutmayıblar).

Sosial şəbəkələrdə adamlar normal müzakirə aparmaq əvəzinə bir-birini “qırır”. Heç kimin sözü heç kimə xoş gəlmir. Heç kim heç kimin “kitabını oxumur”. Həqiqəti deyəni, nöqsanlarımızı üzə çıxaranı, düzəltməyə çalışanları, mənəvi dəyərləri müdafiə edənləri “geridə qalmış” adlandırır və az qalırlar linç edələr.

Bəli, bu gün, bəzi qlobal mərkəzlər tərəfindən "Overton pəncərəsi" sistemi ilə dünyaya, o cümlədən cəmiyyətimizə yad dəyərlər oturdulur, hər şey tədricən dəyişdirilir. Bunun nəticəsində, indi müsbət şeylər mənfi sayılır, mənfi şeylər müsbət. Mənfilər çoxaldıqca müsbətlər azalır. Azlıq çoxluğa tabe olur.

İndiki qloballaşma dövründə milli-mənəvi dəyərlərimizi daha çox qorumalıyıq, çünki indiyədək heç vaxt olmadığı qədər güclü təzyiq və terror altındadır. Elmə-təhsilə, mənəvi dəyərlərimizə daha çox fikir verib irəli getməliyik. Sağlam düşüncəli, savadlı uşaqlar yetişdirib tərbiyə etməli, xalqımızı, ölkəmizi dünyanın inkişaf etmiş ölkəsinə çevirəcək insanları qorumalı, küçə müğənnilərini və yarıçılpaq modelləri dinləmək əvəzinə alimləri, ziyalıları dinləməliyik. Yalnız bu yolla bir millət kimi yaşaya və inkişaf edə bilərik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see661

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see629

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see627

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see502

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see463

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see440

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see415

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see393

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see349

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see343

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see341

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see330

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see327

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see324

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see322

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see318

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see312

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see310

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see305

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see288
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri