Icma.az
close
up
RU
Uşaqlarımızı necə tərbiyə edirik? KÜNCDƏN BAXIŞ

Uşaqlarımızı necə tərbiyə edirik? KÜNCDƏN BAXIŞ

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elçin Bayramlı

Uşaqların və gənc nəslin sağlam fiziki, mənəvi inkişafının təmin olunması hər bir cəmiyyətdə ən vacib problem, əhəmiyyətli məsələdir. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu məsələ həmişə aktualdır. Məsələnin iki aspekti var– fiziki və mənəvi inkişaf. Etiraf edək ki, hər iki tərəfdə ciddi problem mövcuddur.

Fiziki inkişaf uşaqların təhsil, yaşamaq, normal tibbi yardım almaq, normal qidalanmaq, təhlükəsizlik hüququ kimi təməl ehtiyaclarının lazımi qaydada təmin olunmasıdır. Əvvəllər uşaqların həm dərsləri, həm də asudə vaxtları düzgün və səmərəli təşkil olunurdu. Uşaqlar pulsuz şəkildə məktəbdənkənar yaradıcılıq və idman kurslarına cəlb olunur, mərhələli şəkildə tərbiyə edilirdilər. Uşaqlıqdan sağlam ruhda tərbiyə aşılanırdı, gələcək üçün sistemli şəkildə kadrlar yetişdirilirdi. Son vaxtlar bu sahədə problemlər yaranıb.

Bir çoxunun uşaqlarını idman kurslarına, yaradıcılıq mərkəzlərinə göndərmələri üçün maddi imkanları çatmır. Belə kurslar ayda minimum 50 manatdan başlayır. Nəzərə alsaq ki, bir ailədə 2-3 və daha çox uşaq ola bilər. Onların hər biri kursa getsə, aya neçə yüz manat vəsait edir. Bu isə ailənin ümumi gəliri qədərdir. Deməli, əhalinin əksər hissəsi üçün bu, mümkün deyil. Belə bir halda narkomaniyanın yayılması, uşaq cinayətlərinin artması, uşaqların psixologiyalarının korlanması kimi problemlər açıq-aşkar özünü göstərir və artmaqdadır. Məsələ həll olunmalıdır. Təbii ki, valideynlərin də burada rolu var. Valideyn uşaqların sağlam qidalanmasını, sağlam tibbi yardım almasını təmin etməlidir. Bunu həm özləri, həm də dövlətin yaratdığı imkanlar çərçivəsində edə bilərlər.

Uşaq və gənclərin mənəvi inkişafının təmin olunması məsələsinə də son dərəcə vacibdir. Mənəvi inkişaf üçün həm ailədə, həm məktəbdə uşaqlara “müasirlik” deyilən tərbiyə metodu yox, sırf ənənəvi, milli-mənəvi dəyərlər üzərində, düzgün tərbiyə verilməlidir. Ailələr isə artıq uşaq tərbiyəsini arxa plana, “azadlıq”, “sərbəstlik” adı altında tamamilə kənara atıblar. Uşaqların tərbiyəsi internetə həvalə olunub. Hərəsinin əlinə iri smartfon verilib. Azad internetdə - dəhşətli bir məkanda uşaqlar müdafiəsiz buraxılıb. Valideyinin ya buna bəzi hallarda vaxtı çatmır, ya da həvəsi yoxdur.

Məktəblərin də əlindən tərbiyə funksiyası alınıb, yalnız təhsil verən funksiya qalıb. Uşaqlara məktəbdə kurikulum sistemi, yeni və müasir yanaşmalar – adı “innovativ yanaşma” qoyulsa da, bu, heç də yaxşı yanaşma deyil. Çünki uşaqlara məktəbdə həddindən artıq özbaşınalıq, sərbəstlik hüququ tanınıb. Müəllimlərin onları tərbiyə etmək, nəzarət etmək hüquqları isə tamamilə məhdudlaşdırılıb. Ətraf mühitdən də ciddi təsirlər var. Uşaqlar küçədə, eləcə də internet məkanlarında mənfi meyillərə məruz qalırlar. Bu məsələdə həm valideyinin, həm cəmiyyətin, həm də dövlətin maraqları eyni olmalıdır.

İndi uşaqlar kitab oxumurlar. Kitab oxumadan böyüyən uşaqdan yaxşı heç nə gözləmək olmaz. Onların məşğuliyyətləri necə təmin olunur? Vaxtları ancaq internetdə mənasız videolara, aqressiv oyunlara həsr olunur, real ünsiyyət aradan qalxır, bir növ virtual dünyada yaşayır. Bu, zombiləşməyə aparıb çıxarır, yad ideologiyaların təsiri altına düşür. Yerli istehsal çizgi filmlərimiz, demək olar, çox azdır. Uşaqlar körpəlikdən yad mədəniyyətlərin hazırladığı filmlərlə, tele-istehsallarla böyüyür, onları tanıyır və milli köklərindən aralı düşür. Fikir vermişəm, gənclərimizin çoxu klassik kinolarımızdan, ədəbiyyatımızdan, folklorumuzdan xəbərsizdirlər. Təbii ki, kiçik bir hissəni çıxmaq şərti ilə.

Sağlam gənclik, sağlam cəmiyyət istəyiriksə, uşaqları, gəncləri düzgün tərbiyə etməliyik. Cənab Prezidentimiz dəfələrlə vurğulayıb ki, Azərbaycan dövləti və cəmiyyəti öz milli-mənəvi dəyərləri üzərində bərqərardır və belə də inkişaf edəcək. Siyasi iradə budur və bu prinsiplə məsələyə yanaşılmalıdır. Valideynlər də məsuliyyətli olmalıdırlar. Təhsil sistemi də məsələyə düzgün yanaşmalı, son vaxtlar apardığı eksperimentlərə son qoymalıdır. Normal milli təhsil və tərbiyə sistemi formalaşmalıdır. Əks halda, sağlam gələcəkdən söhbər belə gedə bilməz. İndidən artıq əlamətlərini görürük.

Sonrakı dövrdə elmə, idmana yönəldilmiş gənclərin işlə təminatına, elmi yaradıcılıqla, mədəni, idman sahələrində özünü realizə etməsinə imkan yaradılmalıdır. Məsələn, uşaq verilişləri yox səviyyəsindədir. Gənclərin asudə vaxtları üçün intellektual yarışlar keçirilməlidir. AZTV-də, İctimai TV-də bu, var. Amma özəl kanallar, kommersiya kanalları bu işdə maraqlı deyillər. Əksinə, bəzi televiziyalar gənclərin tərbiyəsini pozmağa yönəlmiş, milli-mənəvi dəyərlərimiz əleyhinə zərərli təbliğatla məşğul olurlar. Bu aparılan təbliğat qloballaşma proqramı çərçivəsində gedir. Milli dəyərlər sıradan çıxır. Nəticədə boşanmalar üzrə dünya “liderləri”ndən biriyik. Ailə institutumuz dağılır. Narkomaniya, işsizlik sürətlə artır. Bu isə milli genefondun zədələnməsi, məhv olmasıdır.

Burada artıq kompleks yanaşma olmalıdır. Dövlət siyasəti müəyyənləşdirilməlidir. Uşaqların sağlam fiziki və mənəvi inkişafı ilə bağlı xüsusi dövlət proqramı elan olunmalıdır. Dövlət medianı da, cəmiyyəti də, ictimai institutları da buna məcbur etməlidir. Onlar da buna borcludurlar. Sosial məsuliyyət anlayışı var. Hətta şirkətlər belə bu işə dəstək verməlidirlər.

Yalnız cəmiyyət və dövlət külüngü bir yerə vurarsa bu işi bacara bilərik və qlobal pozğunlaşma prosesindən özümüzü qoruya bilərik. Sağlam cəmiyyət güclü dövlət deməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 İyul 2026 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see261

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see243

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see224

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see220

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see204

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see203

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see199

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see195

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see195

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see194

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see177

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see175

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see170

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see160

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see158

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see153

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri