Əks yola çıxan iki avtomobildən biri Jetour la üz üzə gəldi; geri qaytardılar VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Günün pik saatlarında yol hərəkəti qaydalarına əməl etməmək təkcə sürücülərin məsuliyyətsizliyini deyil, həm də digər hərəkət iştirakçılarını təhlükə altına atmağın bir göstəricisidir. Yanvarın 27-də paytaxtın Tofiq Abbasov küçəsində baş verən bir hadisə buna əyani nümunədir. Avtosfer.az-a göndərilən videogörüntü bu cür halların hələ də davam etdiyini bir daha göstərir.
Hadisə zamanı 99-EN-861 qeydiyyat nişanlı "Opel" markalı və 77-AL-969 qeydiyyat nişanlı "Niva" markalı avtomobillərin sürücüləri tıxacdan yayınmaq üçün yol hərəkəti qaydalarını kobud şəkildə pozublar. Onlar əks yolda, axına qarşı hərəkət edərək təkcə özlərinin deyil, qarşıdan gələn avtomobillərin sürücülərinin də həyatını riskə atıblar.
Xüsusilə, "Opel" markalı avtomobilin sürücüsü qarşıdan gələn "Jetour" markalı avtomobilin yolunu kəsməklə daha böyük təhlükə yaradıb.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 28 Yanvar 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















